8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sozcu.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəbrail Fərzəliyevin vəkili çıxış edərək C.Fərzəliyevə bəraət verilməsini istəyib. Vəkil, təqsirləndirilən şəxsin dəymiş ziyanı ödəmək istədiyini bildirib, sadəcə, bunun üçün müəyyən zaman lazım olduğunu deyib.
Zərərçəkmişlər mülki qaydada məhkəməyə müraciət edə biləcəklərini açıqlayıblar.
Cəbrail Fərzəliyev dəymiş ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.
Proses fevralın 19-dək təxirə salınıb.
Xatırladaq ki, prokuror Cəbrail Fərzəliyevin 12 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, iş üzrə "Paşabank" ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat "Azərbaycan Respublikasının Gənclər Fondu"na, 342 min manat isə "Paşabank" ASC-yə qarşı mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub. (APA)