“Xanlar Vəliyevin bu anaları məhv etməsinə imkan verməyin” - ŞİKAYƏT


göndərilmiş və müstəntiq Məhəmməd Abbasovun icraatına verilmişdir.

Müstəntiq Məhəmməd Abbasovun qanunsuz tələbləri və hərəkətləri barədə Baş Prokurorluğa müraciət etmişik. Müraciətimizdə göstərdiyimiz faktlar və subutlar təsdiqini tapdığı üçün cinayət işi müstəntiqin icraatından, ümumiyyətlə Bakı Hərbi Prokurorluğundan alınaraq, Respublika Hərbi Prokurorluğuna, müstəntiq Bəxtiyar Əzimzadənin icraatına verilmişdir.

Bakı Hərbi Prokurorluğunun və sonradan Respublika Hərbi Prokurorluğunun müstəntiqi Bəxtiyar Əzimzadənin qanunsuz hərəkətlərindən, bizim, şahidlərin və cinayət işinə heç bir aidiyyəti olmayan, lakin müstəntiqlər tərəfində yalançı şahidlik etməyə, ifadə verməyə məcbur edilən, təzyiqlərə məruz qalan çoxsaylı şəxslərin şikayətlərindən sonra, Republika Baş Prokurorunun müavini-Respublika Hərbi Prokuroru Xanlar Vəliyev hiddətə-qeyzə gəlmiş, müstəntiqlərinin və təqsirləndirilən şəxslərin açıq-aşkar müdafiəsinə qalxmışdır...”.

Qeyd edək ki, sözügedən yazıdan sonra Baş prokurorun müavini, Hərbi prokuroru Xanlar Vəliyevdən şikayətçi olan daha bir vətəndaş redaksiyamıza müraciət edib. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi, ev 18-də yaşayan Əliyev Məhəmməd Məmməd oğlu tərəfindən daxil olan şikayət məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Hurriyyet.az saytında dərc olunan “Xanlar Vəliyevin bizi məhv etməsinə imkan verməyin” başlıqlı yazını oxuduqdan sonra, mən də eyni motivli şikayətlə bağlı sizə müraciət etmək qərarına gəldim. Qəzetiniz vasitəsilə cənab Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə və Hərbi prokuror Xanlar Vəliyevə ünvanladığım məktubumu olduğu kimi dərc etməyinizi xahiş edirəm.

Hörmətli Prezident!

Bildirirəm ki, cinayət törətmiş şəxs Seyidov Mircavad atamın tələbə yoldaşıdır. Ailəvi dost olmuşuq. Oğlu Mirislam Seyidzadə ilə həmyaşıdam. Bizim evimizdə qalırdı. Dəfələrlə anamın cibindən, evimizdən pul oğurlamışdır. Ailəvi dost olduğumuz üçün şikayət etmədik. Anasına, atasına bildirdik. Ancaq evdən qovmuşduım. 

Mirislam bizdə qalanda evimizə qalaq-qalaq sənədlər gətirirdi. Anam soruşanda ki, bu nə sənədlərdi, deyirdi, “işə düzəldəcəyim adamların sənədləridir”.

Mirislamı evdən qovduqdan sonra yaşadığımız evin həyətindəki, dükanın sahibi evimizə gəldi. Mirislamın dükana borclu olduğunu və bizə görə nisyə mal verdiyini bildirdi. Anam dükanın həmin börcunu ödədi.

Bundan başqa, bir restoran sahibi zəng vurdu ki, Mirislamın borcunu verməlisiniz. Restoranda borca yeyib-içdikdən sonra mənim telefonumu və adımı yazdırıbmış. Bu gün də anam həmin börcu ödəyib qurtarmamışdır…

Sonradan məlum ölmuşdur ki, Mirislam Xədicə, Leyla adlı şəxslərlə tanış olub. Bizim evdə qalanda, evimizdən oğurluq etdiyi kimi, Leyla gilin də evində qaldıqda ev sahibi yatandan, yəni hamı yuxuya getdikdən sonra pullarını oğurlamışdır.

Qurban adlı birisini də işə düzəltmək adı ilə aldadaraq, pullarını mənimsəmişdir. Bax, elə bu hərəkətlərinə görə də həbs edilmişdir və hal-hazırda türmədədir.

Cənab Prezident!

Təxminən 5-6 ay bundan öncə Bakı Hərbi Prokurorluğunun  Məhəmməd Abbasov ad müstəntiqi mənə hədə-qorxu gələrək bildirdi ki, Mirislam sənin adını vermişdir, ona kömək etmək lazımdır. Dedi, səl sən izahat ver ki, Vüsalə xanımı Mirislamla mən tanış etmişəm, Vüsalə sələmə pul verəndir, pulu mənim yanımda sələmə vermişdir. Dedi, yoxsa, Mirislam deyəcək ki, Vüsalə pulu Məhəmmədə verib, mən də səni tutacağam.

Anam Baş prokurora, Xanlar Vəliyevə teleqram vurdu ki, “Məhəmməd Abbasova deyin, bizdən əl çəksin”. Anamın müraciətindən sonra Məhəmməd Abbasov məndən əl çəkdi.

Sən demə, Məhəmməd Abbasovu işdən kənarlaşdırıblarmış.

Sonradan məni Respublika Hərbi Prokurorluğunun Bəxtiyar Əzimzadə adlı müstəntiqi çağırdı və eynilə Məhəmməd kimi məni hədələməyə başladı.

Təxminən 2-3 dekabr, 2023-cü il tarixdə, həftənin 6-cı günü  Bəxtiyar Əzimzadənin xidməti iş otağında oldum. Bu zaman məni təhqir etməyə, tutacağı, həbs edəcəyi ilə hədələməyə başladı. Dedi, yaz ki, “Vüsalə sələmə pul verəndir, onu Mirislamla mən tanış etmişəm. Vüsalə Mirislama pul verməmişdirO, gördükdə ki, dediklərini yazmıram, anama zəng vurdu. Mənə dedi ki, anan deyir, Vüsalənin adını yazsın. Mən dedim, “olmayan şeyi necə yaza bilərəm, mənim anam elə söz deməz”. Təxminən axşam saat 20:00 radələrində Mircavada zəng vurdu, bildirdi ki, dostunun oğlu dediklərimi yazmır. Məni Mircavadla və arvadı ilə danışdırdı. Ağzıma gələni dedim. Bəxtiyar Əzimzadə görəndə ki, yenə iş alınmır, polis çağırdı. Bir nəfər polis gəldi, məni başa salmağa başladı ki, sənə nə deyir onu da yaz, çıx get, yoxsa sənin üçün pis olacaqdır. Hətta məni ağır söyüşlərlə söydülər. Bütün bunlara baxmayaraq, mən düzünü danışdım, Bəxtiyar Əzimzadənin dediklərini demədim.

Səhərisi günü, təxminən 04.12.2023-cü ildə bu barədə sosial şəbəkələrdən Xanlar Vəliyevə müraciət etdim. Bəxtiyar Əzimzadəni qanunsuz hərəkətlərdən çəkindirməyi və barəsində tədbir görülməsini xahiş etdim.

07.02.2024-cü il tarixdə “Hürriyyət”ə dərc olunan yazıdan sonra aydın oldu ki, Respublika Hərbi Prokuroru Xanlar Vəliyev müstəntiq Bəxtiyar Əzimzadə ilə birləşib, oğruların -dələduzların tərəfini saxlamış, onlara bəraət və barələrində qaldırılmış cinayət işinə xitam vermişdir. Üstəlik, zərərçəkən qadınların - Vüsalə və Aidə xanımın barəsində cinayət işi qaldırılmışdır.

Mən cənab Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə müraciət edirəm.

Məlumunuz olsun ki, Xanlar Vəliyev və Bəxtiyar Əzimzadə  məndən nə cür izahat almışdırsa, digər şəxslərdən də o cür izahat almışdır. Topladıqları sübutların, faktların hamısını təzyiq və hədə-qorxu altında almışdır.

Bəxtiyar Əzimzadənin otağında polisin hədəsi altında dindirilməyim faktdır, kameralarla subut olunur.             

Necə ola bilər ki, bu qanusuzluqlara əl atan müstəntiqin barəsində tədbir görülməsin?! Vətəndaş olaraq bildirirəm ki, ədalətin bərqarar olunmasında zərərçəkən xanımlara köməklik göstərmək lazımdır. Mənim gücüm müraciət etməyə çatır. Deyirlər ki, Xanlar Vəliyevə heç kimin gücü çatası deyil.

Hörmətli Prezident!

Sizdən bu haqsızlıqdan və bu ədalətsizlikdən xəbərdar olan bir vətəndaş kimi xahiş edirəm ki, Xanlar Vəliyevin bu anaları məhv etməsinə imkan verməyin, ədalət bərpa olunana kimi  bu işi şəxsi nəzarətinizdə saxlayın”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti