8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vətəndaş Abşeron rayon Mərkəzi Xəstəxanasına gedib. Növbə çıxaran zaman isə ona yarımçıq A4 kağızına yazılmış bir elan göstərilib və qeyd edilib ki, yeni qanun qoyulub. Qoyulan qanuna əsasən tibbi kitabça olmasa, vətəndaşı qəbul etməyəcəklər və geri qaytarılacaqlar.
Xəstəxananın qoyduğu yeni “qanun” isə şikayətlərə və narazılığa səbəb oldu..
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TƏBİB-dən saytımızın sorğusuna cavab olaraq bilidirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölkə ərazisində yaşayan bütün vətəndaşlar icbari tibbi sığorta çərçivəsində birbaşa və ya yaşadığı ərazi üzrə fəaliyyət göstərən dövlət tibb müəssisəsindən əldə etdiyi göndərişlə müraciət edə bilər.
“Birbaşa müraciətlər zamanı vətəndaşın xəstəxanaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etməsi kifayətdir. Bundan başqa vətəndaş Abşeron rayonu ərazisində yaşayırsa və xəstəxananın tabeliyində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzlərinin birində qeydiyyatdadırsa, o zaman vətəndaşdan qeydiyyata düşdüyü gündən etibarən açılmış tibbi kitabça ilə birgə müraciət etməsi tələb olunur”.
Qeyd olundu ki, vətəndaş Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölkənin müxtəlif ərasizindən ilk dəfə müraciət edirsə, o zaman ona tibbi kitabça açılır və ixtisaslı həkim müayinəsi üçün yönləndirilir. Tibbi kitabça vətəndaşın ixtisaslı həkim tərəfindən müayinə aparıldıqdan sonra sağlamlıq haqqında qeydlərinin aparılması və saxlanılması üçün vacib sənəd sayılır.
Mədinə Useynova