Paytaxtda içməli su problemi var – Nə vaxtadək davam edəcək?


Paytaxt Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər var.

Sozcu.info xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə yazıblar.

Ötən gün – avqustun 14-ü axşam saatlarında “Facebook”da bəzi səhifələr bununla bağlı istifadəçilər arasında sorğu keçirib və məlum olub ki, paytaxtın bəzi ərazilərində içməli suyun verilməsi tamamilə dayandırılıb, bəzi ərazilərdə isə saatla verilir. Vətəndaşların bir qismi isə suyun təzyiqinin azaldığını bildirib.



İstifadəçilər həmçinin Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qaynar xətti (955) ilə əlaqə saxlamağın mümkün olmadığını bildirirlər.

Qurumun Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata əsasən avqustun 12-i gecə saatlarından başlayaraq, Oğuz-Qəbələ xəttində təmir-bərpa işləri aparılır.

“Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür.

Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına su ilə təmin olunması istiqamətində işlər aparılır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq.

Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır”, - məlumatda deyilir.


Yeniavaz.com 



Oxşar Xəbərlər

Xəbər lenti