Şəhid anasını təhqir etdi, şəhid qardaşını qanunsuz olaraq işdən çıxardı... – QƏBƏLƏ XƏSTƏXANASININ DİREKTOR MÜAVİNİ HAQDA ŞOK İDDİALAR


Qəbələ rayonu ,  Kiçik Əmili kənd sakini ,  şəhid anası Bayramova Dilbər Ağaşirin qızı tərəfindən  “Hürriyyət” in redaksiyasına şikayət məktubu daxil olub. President İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Şəhid anası olaraq xahiş edirəm ki, şikayətimi obyektiv araşdırıb, bizi təhqir edib alçaldan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini, həkim Fikrət Cəfərov barəsində qanunu tədbirlər görəsiniz.

Bildirim ki, 23 December 2024-cü il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının terapeya şöbəsində stasionar müalicə olunuram.  Oğlum İntiqam əşyalarımı gətirəndə avtomobilini xəstəxananın həyətində saxlayıb ki, aparmaq asan olsun. Bunu görən həkim Fikrət Cəfərov oğlumu acılayıb ,  üstünə qışqırıb ki, avtomobili orada saxlamaq olmaz. Oğlum İntiqam ona izah edib ki, müalicə olunan xəstə anamın yanına əşyalarını gətirmişəm ,  tez təhvil verib gedirəm.

Həkim Fikrət Cəfərov səsin i  başına atıb ,  səs-küy yaradıb. Sonra mən ona irad bildirdikdə ,  “şəhid anası olmursan ,  nə olursan ol ,  orada maşın saxlamaq olmaz” , -  deyə yüksək səslə bizi təhdid etdi. Mən həkim Fikrət Cəfərovun belə həyasızlığına görə sanki şoka düşdüm.

Qeyd edim ki, oğlum İntiqam 4 ildir mühafizə polisində işləyir və Qəbələ Rayon Mərkəzi Xəstəxanasında xidmətə çıxırdı. Bir neçə dəqiqəlik avtomobili ərazidə saxladığı üçün həkim Fikrət Cəfərovun bizi təhdid etdiyi bəs deyilmiş kimi, oğlum İntiqamı xəstəxanadan işdən uzaqlaşdırdı.

Mən bunu şəhid ruhuna təhqir, hörmətsizlik və ədəbsizlik hesab edirəm. Oğlum İntiqamın avtomobili bir neçə dəqiqə orada dayanmaqla dünya dağılmayacaydı və burada heç bir qanun pozuntusu da yoxdur. Sadəcə, direktor müavini Fikrət Cəfərov özünü kollektivə və camaata göstərmək üçün belə bir kobud hərəkətlər etdi.

Main article özlərinə var-dövlət toplayıb rahat yaşasın, şəhid ailəsini təhqir etsin, xidmətdən kənarlaşdırsın?

Belə bir qanunsuzluqla üzləşsəm də, ümidimi üzməmişəm. Ona görə ki, Azərbaycan Republic İlham Əliyev kimi ədalətli Prezidenti və Mehriban Əliyeva kimi mərhəmətli birinci xanımı var. Onlar daima şəhid ailələrinə diqqət və qayğı göstərir. İnanıram ki, bu müraciətim də obyektiv araşdırılıb, lazımı tədbirlər görüləcək.

Hər bir həkim və ya hər hansı dövlət qulluqçusu etik davranış kodeksinə riayət etməklə, vətəndaşlarla mehriban davranmalıdır.

Mən President İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanovdan xahiş edirəm ki, şikayətimi obyektiv araşdırıb, şəhid ailəsi ilə kobud rəftar edib, təhqir etdiyi üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanası direktorunun müavini, həkim Fikrət Cəfərovun barəsində qanuni tədbirlər “We are talking about the following:

Share: Family Q&A

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti