28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Dünya enerji bazarlarında neftin qiymətində artım tendensiyası güclənməkdə davam edir. Sozcu.info xəbər verir ki, ICE Futures Europe platformasında “Brent” markalı neftin bir bareli əvvəlki sessiya ilə müqayisədə 8 dollardan çox bahalaşaraq 126 dolları ötüb. Eyni zamanda, New York Mercantile Exchange ticarət meydançasında “Light” (WTI) markalı xam neftin qiyməti də yüksələrək 110 dollar səviyyəsinə çatıb.
Beləliklə, hər iki etalon neft markası son illərin ən yüksək göstəricilərinə yaxınlaşıb və bazarda ciddi canlanma müşahidə olunur.
Analitiklər hesab edir ki, qiymətlərin bu şəkildə artmasına əsas səbəb geosiyasi gərginliklərin yenidən gündəmə gəlməsidir. Xüsusilə, Donald Trump tərəfindən Hörmüz boğazı ilə bağlı səsləndirilən son açıqlamalar enerji bazarlarında narahatlığı artıraraq qiymətlərə birbaşa təsir göstərib.
Musavat.com