Naxçıvanda “son 20 ilin borcu” adı altında hər ailədən 200 manat işıq pulu toplanır – SAKİNLƏR QANUNSUZLUĞA ETİRAZ EDİR


Naxçıvan Muxtar Respublikası (MR), Kəngərli Rayon sakinləri tərəfindən  Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilər iddia edirlər ki, son vaxtlar rayonda hər evdən “elektrik enerjisi borcu” adı altında məcburi qaydada 200 manat yığılır. Onların sözlərinə görə, həmin vəsait “son 20 ilin borcu” adı  altında toplanılır.

Şikayətçilər onu da bildirir ki, ödəniş etməyənlərə polis vasitəsilə təzyiq olunur.

Məsələ ilə bağlı Dövlət Energetika Xidməti rəisinin müavini, rəis vəzifəsini müvəqqəti icra edən Məhərrəm Abbasova sorğu ünvanladıq. Xahiş etdik ki, qeyd olunan məsələni aydınlaşdırıb, redaksiyamıza məlumat verilməsinə göstəriş versin.

Qurumdan Hurriyyet.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “deyilənlər həqiqəti əks etdirmir”.

Aynurə MUSTAFAYEVA

Hurriyyet.az

 



Oxşar Xəbərlər

Xəbər lenti