Dünən, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Naxçıvan MR sakini , şəhid övladı Sanami Əhmədov rəsmi qurumlardan şikayət çidir
Naxçıvan Muxtar Respublikası (MR), Sədərək rayonu, Dəmirçi kənd sakini Əhmədov Sanami Etibar oğlu tərəfindən “Hürriyyət” in redaksiyasına şikayət məktubu daxil olub. Şikayət çinin müraciətin i olduğu kimi dərc edirik :
“Mən , Əhmədov Sanami Etibar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemi işıqlandırasınız.
- istədiyimi soruşdular. Əlavə etdilər ki, şəhid ailələrinə üstünlük verilir. Mən də razı olduğumu bildirdim.
Anamla birgə Səhiyyə Nazirliyinə getdim. Lakin Kadrlar Şöbəsinin müdiri Vüsal bəy bizə bildirdi ki, vakant yer yoxdur. Mən isə dedim ki, axı, bizi bura iş üçün göndəriblər. ..
Sonra Ali Məclisə getdim, şikayətimi məktub şəkilində yazdım. Məktubuma cavab gəldi ki, vakant yer yoxdur, yer olanda çağıracaqlar.
2023-cü ilin avqust ayında anamla yenidən Səhiyyə Nazirliyinə getdim. Nazirliyin əməkdaşı Eminova Aysel Əziz qızı bizi qəbul etdi. Ona bildirdim ki, Sədərək Mərkəzi Xəstəxanasında vakant yer yoxdursa, məni Şərur rayonunda işlə təmin edin. Aysel xanım dedi ki, mənlik deyil, Günəş Qədimovanın qəbuluna gedin. O da bizə bildirdi ki, Şərur rayonunda vacant yer yoxdur.
Bir neçə gün sonra Ali Məclisdən zəng gəldi. Onlar da vakansiya olmadığını dedilər və Məşğulluq Agentliyinə müraciət etməyimizi məsləhət bildilər.
Bütün bunlardan sonra Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbuluna yazıldım. O, 11/16/2024-cü ildə bizi qəbul etdi. Xahiş etdim ki, heç olmsa Şərur rayonunda işlə təmin etsinlər. Bildirdim ki, məndən Sədərək xəstəxanasında sürücü kimi işləmək istəyib-istmədiyimi soruşdular, amma işə götürmədilər. Əlavə etdim ki, 3 min manat versəydim, indi işləyərdim. Fuad Nəcəfli məndən soruşdu ki, indi neçə min olub? Men də 15 min manat olduğunu bildirdim.
11.22.2024-cü ildə mənə Məşğulluq Agentliyindən zəng gəldi. İşlə bağlı Ali Məclisə müraciət etdiyimi dedilər və nə iş istədiyimi soruşdular. Dedim ki, xəstəxanada ambulans sürücüsü işləmək istəyirəm. Lakin yenə də işlə təmin olunmadım.”
Aynurə MUSTAFAYEVA
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.