24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
S.Əliyev vurğulayır ki, bu artımın əsas drayveri, lokomotivi istehlak kreditləridir: "Artıq istehlak kreditlərinin payı ümumi kredit portfelində 40 faizi ötüb. Xatırladım ki, bu rəqəm əvvəlki illərdə 30 faizə qədər azalmışdı. Əlbəttə, bu təhlükəli haldır. Banklar kredit verməkdə o qədər də maraqlı deyillər. İstehsal sektoruna isə ümumiyyətlə vəsait vermək istəmirlər. Ona görə də daha çox istehlak kreditləşməsinə üstünlük verirlər.Göstərilən statistikada ona görə belə aşağı rəqəmlər qeydə alınıb ki. Banklar yalnız istehlak kreditlərini maliyyələşdirməkdə maraqlıdırlar”.
Bunun səbələrinə gəlincə, iqtisadçı bildirdi ki, banklar real sektorda risklər çox olduğuna görə, vəsait ayırmaqdan çəkinirlər: "Digər tərəfdən, devalvasiyadan sonra kredit borcları yaransa da, əhaliyə kreditlər verilməyə başladı. Amma sahibkarların məsələsi açıq qaldı. Əsas problemli kreditlər də məhz sahibkarlardadır. İndi bir çox iş adamının kredit tarixçəsi pisləşib və onlar banklardan kredit ala bilmirlər. Ümumi statistikanın pisləşməsinin bir səbəbi də bununla bağlıdır. Həm risk böyükdür, həm də müştəri kontingentinin reputasiyası zədələnib”.
Beləliklə bank müştərilərinin sayı kifayət qədər aşağı düşüb. Yeni müştərilərin sayı isə çox azdır. Həmçinin bir çox vətəndaşlar gəlirləri ilə bağlı şəffaflıq məsələsinə riayət edə bilmədiklərinə görə, banklara müraciət edə bilmirlər” - deyə Samir Əliyev vurğuladı.
"Bank kreditləri uzunmüddətli maliyyələşmə tələb edən, investisiya tutumlu layihələrdən dah çox qısamüddətli layihələrdə, cari xərcləmələrin maliyyələşməsinə yönəldilir.Uzunmüddətli və kapitaltutumlu layihələr həm risk səviyyəsinin yüksək olması,
həm də aşağı fazili maliyyələşməyə ehtuyac duyduğu üçün banklar belə kreditləşməyə az maraq göstərirlər”.
Ekspert vurğulayıb ki, xüsusilə, son bir ildə istehlak kreditlərinin daha böyük sürətlə artması da bu meyli təsdiqləyir.