Azərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİ

Azərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİ

 

Bundan sonra Azərbaycanda xarici valyuta ilə istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara veriləcək.

Sozcu.info xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun təsdiq etdiyi "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"da öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda xarici valyutada istehlak kreditləri verilir.

KTN əmsalı (kreditin təminata olan nisbəti) kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır.



Oxşar Xəbərlər

Xəbər lenti