Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycanın Avropa üçün müstəsna əhəmiyyətli
“ilin layihəsi” - TANAP
İlham Şaban: “Adımızı dünya enerji tarixinə 3500 kilometrlik bir layihə ilə salmış olduq”
Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) növbəti dəfə mükafata layiq görülüb.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Yeni Müsavat”a verilən məlumata görə, dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI - Project Management Institute) tərəfindən TANAP “İlin layihəsi” kateqoriyasında mükafata layiq görülüb.
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə “İlin layihəsi” elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.
Qeyd edək ki, TANAP 2019-cu ildə bir çox qlobal mükafatlara - mərkəzi ABŞ-da yerləşən Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyası (AMCP) tərəfindən təsis olunan və dünyanın ən nüfuzlu mükafat proqramlarından biri kimi qəbul edilən “Communitas”ın “İctimai Xidmət və Korporativ Sosial Məsuliyyət” mükafatına; dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan uğurlu korporativ sosial məsuliyyət layihələrini və kütləvi kommunikasiya fəaliyyətlərini qiymətləndirən, mərkəzi Böyük Britaniyada yerləşən “The International CSR Excellence Awards” tərəfindən “Davamlılıq” kateqoriyasında və beynəlxalq miqyasda ən uğurlu ətraf mühit tətbiqlərini tanıtmaq, mükafatlandırmaq və inkişaf etdirmək məqsədilə qurulan və mərkəzi Böyük Britaniyada yerləşən “The Green Organisation” tərəfindən “Green World Awards”, “Ən yaxşı ətraf mühit tətbiqləri” kateqoriyasında mükafatlara layiq görülüb.
TANAP-ın qazandığı digər beynəlxalq uğurlar arasında “PR Daily”nin Korporativ Sosial Məsuliyyət Mükafatlarında “Cəmiyyətə dəstək” kateqoriyasında birinci yerə layiq görülməsi, eləcə də dünyanın ən nüfuzlu mükafatlarından biri olaraq qəbul edilən “Stevie International Business Awards”da “Avropada ilin Korporativ Sosial Məsuliyyət” mükafatını alması da diqqəti cəlb edir.
Xatırladaq ki, Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP), Cənub Qaz Dəhlizinin bir seqmenti olaraq, Xəzər Dənizində Azərbaycana məxsus “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazı Türkiyə və Avropaya nəql edir. Ana xəttinin uzunluğu 1 850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşəhir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Tekirdağ və Ədirnə daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstanla sərhədində Ədirnənin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP Təbii Qaz Boru Kəmərinə birləşir. Eskişəhir və Trakyada Türkiyənin ölkədaxili təbii qaz ötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.
Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və bu ilin sonundan etibarən Avropa bazarlarına da daşınması planlaşdırılıb.
Rəsmi statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Azərbaycandan Türkiyəyə 21,3 faiz çox, yəni 7,9 milyard kubmetr qaz ixrac edilib. Energetika Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 3,2 milyard kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan istismarına başlananda 2020-ci ilin oktyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 7,1 milyard kubmetr qaz nəql edilib.
TANAP-ın davamı olan Trans-Adriatik Qaz Boru Kəmərinin(TAP) tikintisi bir həftə əvvəl tam yekunlaşıb. TAP konsorsiumunun məlumatına əsasən boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Cənubi İtaliyadakı qəbul məntəqəsinədək təbii qazla doldurulub. Məlumatda həmçinin deyilir ki, hazırda TAP ticari əməliyyatlara başlamaq üçün hazırlıq işlərini yekunlaşdırır və qonşu transmissiya əməliyyat sistemlərinə uyğun bazar tutumu təklif edir. TAP boru kəmərinin İtaliyanın Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi ilə birləşməsi üzrə işlərin bu ilin noyabrın ortasınadək başa çatdırılması və qaz nəqlinə hazır olması gözlənilir. Xatırladaq ki, Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il “Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunması nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanır.
2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.
Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin sonlarında nəql ediləcəyi gözlənilir. TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.
TAP səhmdarlarından biri, dünyanın ən böyük enerji şirkətlərindən olan bp şirkəti layihənin başa çatdırılmasını yüksək qiymətləndirib: “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə biz təxminən 3 500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi dəyər zəncirinin bütün nəql komponentlərinin səhmdarı olmaqdan qürur duyuruq. Bu yeni qaz nəqli sistemi Azərbaycan Respublikasına imkan verəcək ki, alternativ enerji mənbəyi təmin etməklə Gürcüstanın, Türkiyənin və Avropa ölkələrinin enerji təklükəsizliyinin güclənməsinə bundan sonra da töhfələr versin”.
Beləliklə, Azərbaycanın, onun Prezidenti İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində icra olunan Cənub Qaz Dəhlizi regionun ən böyük layihəsi olmaqla, həm də böyük strateji əhəmiyyət kəsb edir.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, TANAP layiq olduğu mükafatı alıb:
“Hansı ada layiq idisə, ona da layiq görülüb. Seçənlərin seçimi bəllidir. Layihənin enerji bazarındakı roluna gəlincə, 21-ci əsr başlayandan Avropa özünə, yumşaq desək, Rusiya qazına alternativ mənbələrdən enerji axtarışındaydı. Belə enerji mənbələri vardı, ancaq onunla dünyanın ən böyük istehlak bazarını birləşdirmək lazım idi. Bu birləşdirmə üçün müxtəlif variantlar, layihələr hazırlanmışdı. Lakin onları gerçəkləşdirmək mümkün olmadı. 2013-cü ildə Azərbaycan öz seçimini etdi - TAP layihəsini seçdi. Hansı ki, sonradan Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmentinə çevrildi, TANAP isə onun mərkəzi hissəsi idi. İndi - 2020-ci ildən dünyaya COVİD-19 adlı heç kəsin gözləmədiyi, proqnozlaşdırmadığı pandemiya gələn zaman onun qlobal iqtisadiyyata təsirləri, ondan sonra alternativ enerjinin dünyada inkişaf perspektivləri, dünyanın inkişaf etmiş bölgələrinin yaşıl enerji üzərində qurulmaq imkanlarını götür-qoy etdikdən sonra bu qənaətə gəlirlər ki, Cənub Qaz Dəhlizi bir enerjidaşıyıcısı infrastrukturu kimi Avropaya tuşlanan sonuncu belə infrastruktur layihəsi olacaq. Adımızı dünya enerji tarixinə 3500 kilometrlik bir layihə ilə də salmış olduq. Bunun 1850 kilometrlik hissəsi TANAP kəməridir. Bu layihə SOCAR-ın operatorluğu ilə ərsəyə gəldi”.
Qeyd edək ki, işğal etdikləri Azərbaycan torpaqlarından qovulmaqda olan ermənilər ölkəmizə məxsus strateji kəmərləri hədəf almağa çalışırlar. Oktyabrın 6-da Ermənistan Yevlax rayonu ərazisində regional neft-qaz kəmərlərini vurmağa cəhd edib. Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə toxunub:
“Ermənistandan hər şey gözləmək olar. Elə Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da ki, onu nəzarət altına almaq. Məhz elə ona görə onlar bizim ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar”.
Prezident vurğulayıb ki, 2006-cı ildə “Bakı-Tiflis-Ceyhan” neft kəməri istismara veriləndən bu günə qədər boru xətlərinin təhlükəsizliyi ilə bağlı Azərbaycan ərazisində bir dənə də problem olmayıb:
“Bir dənə də, nə texniki problem, nə də ki hansısa bir təxribat. Çünki Azərbaycan ərazisində bizim kifayət qədər inkişaf etmiş müdafiə sistemimiz var. Monitorinq aparılır, fiziki müdafiə və elektron vasitələrlə. Boru xəttinin yerin altında, dərində yerləşməsi təbii ki, bunu havadan da müəyyən dərəcədə mühafizə edir. Ancaq əgər Ermənistan bu çirkin planları, yəni boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, onlar üçün cavab çox ağır olacaq. Biz bu barədə artıq xəbərdarlıq etmişik. Hesab edirəm ki, gələn il TANAP-dan qaz alacaq Avropa ölkələri də onları xəbərdar etməlidir. Çünki TANAP təkcə bizim layihəmiz deyil. TANAP-ın başqa səhmdarları var, TAP-ın Avropa səhmdarları var. Bu, Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir. Ona görə hamımız maraqlı olmalıyıq ki, bu layihəyə hər hansı bir ziyan dəyməsin”.
Oxşar Xəbərlər
Bu gün TANAP layihəsinin açılış mərasimi olacaq – Azərbaycan qazını Qərbə daşıyacaq nəhəng layihə işə düşür
TANAP Azərbaycan qazını Avropaya ötürmək üçün tam hazır vəziyyətə gətirildi
Prezident İlham Əliyev:"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz”
“Bu layihə “XX əsrin müqaviləsi”nə bənzəyir” –Vahid Əhmədov TANAP-ın həm iqtisadi, həm siyasi baxımdan faydalı olacağını deyir
Xəbər lenti
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq