“Bu layihə “XX əsrin müqaviləsi”nə bənzəyir” –Vahid Əhmədov TANAP-ın həm iqtisadi, həm siyasi baxımdan faydalı olacağını deyir

“Bu layihə “XX əsrin müqaviləsi”nə bənzəyir” –Vahid Əhmədov TANAP-ın həm iqtisadi, həm siyasi baxımdan faydalı olacağını deyir

 

Bu gün Azərbaycan qazını Avropaya aparacaq TANAP işə düşür. Eskişəhərin Seyidqazı rayonunda Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) açılışı gözlənir. 
"Bu, neftlə bağlı 1994-cü ildə imzalanan "XX əsrin müqaviləsinə” bənzəyir, millət vəkili Vahid Əhmədov BBC News Azərbaycancaya deyir
.

Onun fikrincə, Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycana həm siyasi, həm də iqtisadi faydası var. "İqtisadi cəhətdən Azərbaycan üçün çöx böyük önəmi var, çünki əlavə dividentlər gətirəcək. Azərbaycanın qaz ehtiyatı böyükdür, bizim belə bir kəmərə ehtiyacımız var”, – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyir.

"Bu, siyasi cəhətdən də iri layihədir və yatırımları o dövlətlərə edirlər ki, orada stabillik olsun, sabitlik olsun”,-deyən millət vəkili, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün bu layihənin böyük əhəmiyyəti” olduğunu vurğulayır.

Xatırladaq ki, 40 il ərzində istifadədə olması gözlənən TANAP-la bağlı saziş 2012-ci ildə Azərbaycan prezidenti İlham Əliyevlə o zaman Türkiyənin baş naziri Recep Tayyip Erdoğan arasında imzalanıb. Beş il ərzində reallaşdırılması planlaşdırılan kəmərin tikintisi əvvəlcə 7,5 milyard dollar olaraq nəzərdə tutlub, sonradan qiyməti 12 milyard dollara qalxıb. Layihənin ilk mərhələsi 2018-ci ildə bitib. 2020-ci ildə kəmərin buraxılış qabiliyyətinin ildə 16 milyard kubmetr, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetr olması gözlənir. 2020-ci il üçün nəzərdə tutulan qazın on milyard kubmetri Avropaya, qalanı isə Türkiyəyə satılacaq. Layihədə Azərbaycan 58 faiz paya malikdir.

Yeni qaz kəməri Azərbaycanı böyük regional təchizatçıya çevirəcək. Bu, xüsusilə 2020-ci ildən sonrakı dövrdə tədricən azalacaq neft gəlirlərini kompensasiya edəcək, ancaq bəzi tənqidçilər hesab edirlər ki, qaz ixracatı neft ixracatının son onillikdə gətirdiyi gəlir qədər mənfəət verməyəcək.

Layihəyə görə 2020-ci ilin əvvəlindən TANAP Trans-Adriatik Təbii Qaz Boru Xətti -TAP-a birləşdirilməli və Azərbaycan qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdırılmalıdır.

Ancaq İtaliyanın yeni hökuməti TAP layihəsinə yenidən baxılacağını bəyan edib. Bu isə TAP konsersiumu olan şirkətlərin narahatlığına səbəb olub və onlar İtaliya hökuməti ilə danışacaqlarını bəyan ediblər. Cənub Qaz Dəhlizinin ümumilikdə dəyəri 40 milyard dollar civarındadır. Bu il mayın 29-da Cənub Qaz Dəhlizinin Azərbaycan hissəsində ilk qaz vurulub.



Oxşar Xəbərlər

Xəbər lenti