Antisanitar vəziyyətdə olan süd qəbulu məntəqəsinin fəaliyyəti dayandırıldı - FOTO

Beyləqan rayonu, Dünyamalılar kəndində fəaliyyət göstərən, fiziki şəxs Qaryağdı Təhməzova məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.
Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.








Oxşar Xəbərlər

Xəbər lenti