Azərbaycan bankları dollar qəbulunu dayandırdı

Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların bankomatları və terminalları vasitəsilə ABŞ dolları əsginaslarının qəbulu bir müddətdir dayandırılıb. Buna səbəb dövriyyədə saxta əsginasların olmasıdır. "Unibank" və "Kapital Bank"dan "APA-Economics"ə faktı təsdiqləyiblər.

Bu məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, AMB milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində davamlı tədbirlər həyata keçirir və bu tədbirlər barədə mütəmadi olaraq kommersiya bankları, hüquq mühafizə orqanları və eləcə də ölkə ictimaiyyəti məlumatlandırılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}