“SOCAR Türkiyə”nin baş direktoru: "Bu il "Petkim"in gəlirləri rekord həddə çatıb"

"Petkim" Türkiyənin yeganə neft-kimya kompleksidir. Bu il, yəni 2021-ci il "Petkim" üçün çox uğurlu bir il olub".

Sozcu.info xəbər verir ki, bu fikri “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Z.Qəhrəmanov bildirib ki, bu il "Petkim" in gəlirləri rekord həddə olacaq: “İl hələ bitməyib, ancaq artıq bizim gəlirlərimiz rekord həddədir”, - deyə Z.Qəhrəmanov əlavə edib.

O vurğulayıb ki, "Petkim" Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 17 faizini qarşılayır.

Z.Qəhrəmanov vurğulayıb ki, Petkim kompleksi ildə 3.6 milyon ton fərqli neft-kimya məhsulları istehsal edir və onun 50 faizi Türkiyə daxilində, 40 faizini isə Avropaya, Koreyaya və digər ölkələrə ixrac edir.
O əlavə edib ki, bu il Türkiyə üçün bir qədər çox məhsul istehsal edilib.


Oxşar Xəbərlər

Xəbər lenti