Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
MİQ üzrə vakant yerlərin SİYAHISI
Nazir hesabat verdi
Əvvəlki
Sonrakı
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Dollar kreditləri ilə bağlı qərar verildi - Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi kreditlərin xarici valyutada verilməsi ilə bağlı qəbul edilmiş qərarla bağlı məsələyə aydınlıq gətirib.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan hüquqi mövqelər, bir qayda olaraq, Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla formalaşdırılır.
Bir müddət əvvəl mətbuatda adı çəkilən kreditlərin xarici valyutada verilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması məsələsi Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında öz əksini tapıb.
Bu Qərar Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Göyçay Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilib.
Qərarda, ilk növbədə, kreditlərin xarici valyutada verilməsinin Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə zidd olub-olmaması məsələsinə aydınlıq gətirilib. Bununla yanaşı, mülki qanunvericiliyin xarici valyutada olan kredit müqaviləsinin bağlanmasına, belə müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair müvafiq normaları, həmçinin pul vahidinin dəyərinin (məzənnənin) dəyişilməsi ilə valyuta dəyişməsinin nədən ibarət olması şərh edilib.
Birinci məsələ ilə bağlı Konstitusiya Məhkəməsi belə nəticəyə gəlib ki, Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında əmanət və borc münasibətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması Konstitusiya ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı.
Konstitusiyanın tələblərinə əsaslanaraq valyuta, bank və mülki qanunvericilik kredit və əmanət üzrə münasibətlərin obyekti kimi xarici valyutanın dövriyyəsini nəinki istisna edir, əksinə onun mülkiyyətçilərinin hüquqlarının müdafiəsinə təminat verir.
Həmin Qərarda Konstitusiya Məhkəməsi bir sıra normativ hüquqi aktların müvafiq müddəalarını təhlil edərək hesab etmişdir ki, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilər və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.
İkinci məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin müvafiq maddələrini şərh edərək belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməlidir. Lakin müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.
Qeyd edilməlidir ki, oxşar qayda bir çox xarici dövlətlərin qanunvericiliyində də mövcuddur.
Konstitusiya Məhkəməsinin Plenumunu onu da vurğulamışdır ki, bazar iqtisadiyyatında və hüquqi cəmiyyətdə qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərə riayət edilməsi və icra edilməsi mülki-hüquq münasibətləri üçün vacibdir.
Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu Qərarın nəticə hissəsində əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi barədə tövsiyə vermişdir.
Azərbaycan Respublikasının hüquq sistemini təhlil edən hər bir şəxs dərk edir ki, ölkəmizdə konstitusiya ədalət mühakiməsini həyata keçirən Konstitusiya Məhkəməsi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına, habelə qanunların şərh edilməsinə dair qərarlarda hər-hansı tərəfin xeyrinə və yaxud ziyanına mövqe ifadə etmir. Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən biri Konstitusiyadan irəli gələn qanunvericilikdə hər hansı ziddiyyətli və yaxud dolğun olmayan anlayışlara və yanaşmalara aydınlıq gətirməkdən ibarətdir.
Oxşar Xəbərlər
“Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfrans
Prezident yeni fərman verdi, lisenziya alınması sadələşdi
Dörd rektor bu gün istefa verəcək
ANS 54 min manat cərimələndi
Xəbər lenti
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
Goranboyda AĞIR QƏZA:
ÖLƏNLƏR və yaralılar varFOTO
Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər
Narkotik şəbəkəsi ifşa edildi –
qadın və kişi saxlanıldı
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
İran-İsrail davası neft qiymətlərini kəskin dəyişdi
Türkiyə yeni Konstitusiyaya doğru!
Sabah Sumqayıtda su kəsiləcək
Emin ilk dəfə atasının ikinci evliliyindən DANIŞDI
Sən demə, bu məşhur tərəvəz qızıla bərabər imiş
DSX MƏLUMAT YAYDI -
Saxlanılanlar var (FOTO)
Evdə ən az elektrik işlədən cihazlar açıqlandı
Süni intellekt “super peyvənd” hazırladı
İran ABŞ bazalarını hədəf aldı
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? —
AÇIQLAMA
Dollar və manatla bağlı risk var? —
AÇIQLAMA
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
Sabah Sumqayıtda su kəsiləcək