Rusiya dollarla bağlı şok qərar QƏBUL ETDİ

Rusiya Bankı (Mərkəzi Bank) brokerlərə bu gündən etibarən birjadan dollar, avro və funt sterlinq alan fiziki şəxslərdən əqdin dəyərinin 30 %-i qədər komissiya tutmaq barədə təlimat verib. Sozcu.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı bazar iştirakçıları yayıb.
Komissiyanın tətbiqində məqsəd banklar və brokerlər arasındakı rəqabət şəraitini bərabərləşdirməkdir. Belə ki, banklar alış və satış məzənnələri arasında spreddən istifadə etmək imkanına malikdirlər.
Xatırladaq ki, Rusiyaya qarşı ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar fonunda Ruisya Bankı kompleks tədbirlər həyata keçirib, o cümlədən uçot dərəcəsini kəskin artıraraq 9,5%-dən 20%-ə çatdırıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}