Dollarla bağlı VACİB XƏBƏR: Qərar verildi

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

Sozcu.info TASS-a istinadla xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.
FED 2021-ci ildə ABŞ-ın ÜDM artımı proqnozunu 5,9%-dən 5,5%-ə, 2022-ci ildə isə 3,8%-dən 4,0%-ə endirib.
2023-cü ildə ölkədə iqtisadi artım gözləntiləri 2,5%-dən 2,2%-ə aşağı salınıb. 2024-cü ildə ABŞ-da ÜDM artımının 2,0% olacağı gözlənilir.

Qeyd edək ki, FED noyabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}