Siqaret və qəlyan bahalaşır - QƏRAR VERİLDİ VİDEO

Bu gündən etibarən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsi 1000 ədədi üçün 43 manatdan 46,5 manata qaldırılıb.
Sozcu.info Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının aksiz dərəcəsi isə 1000 ədəd üçün 12 manat 90 qəpikdən, 14 manata qaldırılıb.
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olacaq. Qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.
Bu isə tütün məmulatlarının qiymətinin artmasını qaçılmaz edəcək.
Mövzuya münasibət bildirən Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Rövşən Şərifov "Xəzər Xəbər"ə deyib ki, bu artım daxili istehsala təsir etməməlidir.
Eyni zamanda, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə dəyişiklik edilib. Beləliklə, 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib. İdxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədinə isə 15 % gömrük rüsumu tətbiq ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Oxşar Xəbərlər

Xəbər lenti