Dünya bazarında neftin qiyməti fərqli dinamika nümayiş etdirir

Birmənalı olmayan xarici fon dünya bazarlarında neftin qiymətinin fərqli dinamika nümayiş etdirməsinə səbəb olub.
Sozcu.info birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 0,03% bahalaşaraq, 1 bareli 113,19 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə əksinə 0,21% düşərək, 1 bareli 107,21 ABŞ dolları təşkil edib.
Dünənki qiymət dinamikasına Liviyanın hazırki Baş naziri Abdulla Hamid Dbeybəyə qarşı etiraz aksiyası səbəbindən iki ixrac limanının fəaliyyətini dayandırması təsir göstərib.
Bundan başqa, Avropa İttifaqı (Aİ) ölkələrinin həftə ərzində Rusiya neftinin idxalına hər hansı qadağanın tətbiqi ilə bağlı razılığa gələcəyi haqqında söz-söhbətlər neft qiymətlərinin artımına səbəb olub.
Digər tərəfdən, Şanxayda koronavirus səbəbindən ölüm hallarının artması qiymətin düşməsinə şərait yaradır. Belə ki, sərt məhdudlaşdırıcı tədbirlər neftə olan tələbin azalmasına səbəb ola bilər.


Oxşar Xəbərlər

Xəbər lenti