24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Kanada hökuməti Ukraynaya 200 milyon dollar maliyyə yardımı ayırıb.
Azpost.info xəbər verir ki, bunu Kanadanın maliyyə naziri Kristya Friland G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Almaniyada keçirilən iclasında deyib. Yeni yardım paketi ilə birlikdə Kanadanın bu il Ukraynaya ayırdığı ümumi məbləğ 1,5 milyard dolları ötüb.
Friland bir daha vurğulayıb ki, o, Rusiya hakimiyyətinin Ukraynaya qarşı cinayətlərinə görə cavab verməsi üçün tərəfdaşları ilə birlikdə əlindən gələni edəcək.