Professorun ölkədən çıxışına "stop" qoyuldu -
SƏBƏB
Kürdəxanı yolunda ağacların soyqırımı —
Obyektə hazırlıq
Üzeyir dünyası – Milli Musiqi Günü- Beyləqanda geniş tədbirlə keçirilib
Nazirliyin plastik cərrahlar siyahısında olmayan Dilqəm Məhərrəmov imtahan verdi –
FOTO
Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək?
RƏSMİ
Paşinyan Ağrı dağı ilə bağlı açıqlama verdi
"Amal Qrup" MMC-nin ÖZBAŞINALIĞI -
Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər
Qadın evə kişi geyimində girib 45 min manat oğurladı
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? -
Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
40 min rəsmi narkoman –
Azərbaycanda vəziyyət kritik həddə çatdı
Polşanın müdafiə naziri Kiyevdədir
Tanınmış müəllim sirləri açdı :
“ Sonu mənim üçün yaxşı olmasa da deməliyəm...”
Əvvəlki
Sonrakı
Xankəndidə keçirilən hərbi parad
17-09-2025, 13:59
Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər
16-09-2025, 13:04
Polşada HƏYƏCAN: Müdafiə qüvvələri təcili SƏFƏRBƏR EDİLDİ
10-09-2025, 10:22
Trampın planı dərc edildi
18-08-2025, 13:24
KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır
4-08-2025, 08:32
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
ÖTƏN İL ÖLKƏDƏN 1,1 MİLYARD ÇIXARILB
- Oliqarxlar milyonları hansı ölkələrə daşıyır?
Ölkə iqtisadiyyatının ağır böhran yaşadığı 2020-ci ildə Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılması baş verib. Bunu Hesablama Palatası aşkarlayıb.
Palatanın 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 milyard manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və avro ilə olan pul banknotları) ixrac olunub: “Bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb”.
Azərbaycandan xaricə qanunsuz pul çıxarılması yəqin ki, ilk hal deyil. Amma onun belə aşkarlanması ilk hal sayıla bilər. Pandemiya ilində ölkə üçün zəruri olan xarici valyutanı xaricə kimlər çıxarıb?
Təəssüf ki, Hesablama Palatasının hesabatında bankların və köçürmələrin icra edildiyi hesabların sahiblərinin adları açıqlanmır. Lakin təcrübə göstərir ki, ölkədən kənara əsasən oliqarx-məmurlar, özü də qanunsuz yollarla qazandıqları pulları çıxarırlar. Bu baxımdan, 2020-ci ildə xaricə daşınan vəsaitlərin arxasından hansısa məmur çıxarsa, ictimaiyyət təəccüblənməyəcək.
Qeyd edək ki, bugünlərdə Mərkəzi Bank sərt karantin rejimi altında başa vurduğumuz 2020-ci il üzrə ödəmələr balansı statistikasını açıqlayıb. İlin yekunlarına görə, cari hesabda 227,6 milyon dollar, tədiyə balansının ümümu saldosunda 1 milyard 988 milyon dollar defisit yaranıb.
İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, ümumi defisit əsasən maliyyə hesabında yaranan təxminən 2.4 milyard dollar xalis kapital çıxışı ilə bağlı olub: “
2019-cu ildə əksinə, maliyyə hesabında 130 milyon dollar profisit qeydə alınmışdı. Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel formasında, 1.4 milyard dolları isə ”digər investisiyalar" (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital ötürülməsilə bağlı olub. T
əkcə depozit və və nağd valyuta formasında xalis kapital çıxışı 1.3 milyard dollara yaxın olub.
Tədiyə balansındakı böyük həcmdə defisitə baxmayaraq, hökumət bəyan edib ki, aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində nəinki valyuta ehtiyatları azalıb, əksinə, əvvəlki ilə nisbətən 353 milyon dollar artıb.
Rüblər üzrə təhlil göstərir ki, həm cari hesabda, həm də ümumi saldoda qeydə alınan defisit əsasən 2 və 3-cü rüblərdə formalaşıb. İlin son rübündə bu göstəricilərdə ciddi dəyişiklik olmayıb və bu da əsasən neftin qiymətinin yaydan sonrakı dönəmdə bahalanması ilə bağlıdır".
Rövşən Ağayev
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın “balanslaşdırıcı maddə” kimi qeyd etdiyi maddə beynəlxalq metodologiyada “xalis xəta və kənarlaşma” kimi əks olunur:
“Bu maddə üzrə ölkəyə 648 milyon dollar kapital girişi baş verib. Bu maddə tədiyə balansının heç bir bölməsində ən müxtəlif səbəblərdən uçota alınmayan, lakin maliyyə sistemində ortaya çıxan xarici valyuta kütləsinin həcminə əsasən təyin edilir.
Beləliklə, ”Xalis xəta və kənarlaşmalar" maddəsi üzrə 648 mln. dollarlıq kapital girişi tədiyyə balansının ümumi defisitinin azalmasında əhəmiyyətli rol oynayıb".
R.Ağayev qeyd edir ki, Hesablama Palatasının aşkarladığı fakt rəsmi statistikada əksini tapmayıb:
“Tədiyə balansında ”digər investisiyalar" bölməsində sektorlara ayırmadan ölkədən kapital çıxışı göstərilir. Təəssüf ki, məsələn, Türkiyədə olduğu kimi bizdə kapital hərəkətini bank, hökumət və özəl sektor üzrə ayırmırlar. Amma yenə də ümumi həcmdən ölkədən kapital çıxışını izləmək olur. Bizdə tədiyə balansı qalıq prinsipi üzrə açıqlanır. Qalıq prinsipi o deməkdir ki, il ərzində bankların xaricə çıxardığı və xaricdən geri gətirdiyi vəsaitlərin hər biri ayrıca göstərilmir. Sadəcə, ikisinin fərqi göstərilir. Lakin Mərkəzi Bank 2019-2020-ci illər üzrə Azərbaycandan xaricə qoyulmuş birbaşa investisiyaların həcmi barədə məlumat açıqlayıb.
Məlumatdan aydın olur ki, son 2 il ərzində xaricə yatırılan birbaşa investisiyaların həcmi 3.9 milyard dollara yaxındır. Əvvəlki illərdəki birbaşa yatırımların ölkəyə repatriasiyası nəticəsində 2019-2020-ci illərdə ölkədən xalis birbaşa investisiya çıxışı 3.2 milyard dollar təşkil edib.
Tədiyə balansı statistikasından görünən budur ki, xaricə yatırılan Azərbaycan mənşəli birbaşa investisiyaların təxminən 30 faizi neft sektoruna bağlıdır. Çox güman ki, bu, SOCAR-ın sərmayələridir. Amma yerdə qalan 70 faizin əsasən hansı sahələrə bağlı olması, bu sərmayələrdən faktor gəlirləri kimi ölkəyə hansı həcmdə vəsait daxil olması, bu gəlirlərin ölkənin milli gəlirinin formalaşmasına hansı səviyyədə töhfə verməsini müəyyənləşdirmək üçün ciddi analizlərin aparılmasına ehtiyac var".
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın hesabatında xaricə birbaşa investisiyaların iqtisadiyyatın sahələri üzrə bölgüsü görünməsə də, ölkələr üzrə statistikası var:
“Çox maraqlı statistikadır: Türkiyəni saymasaq, 2 ilin nəticələrinə görə ən böyük birbaşa sərmayəçi olduğumuz ölkələrin siyahısı belədir:
Lüksemburq - 440 milyon dollar; Monteneqro - 290 milyon dollar; Britaniya - 300 milyon dollar; Rusiya - 236 milyon dollar; Avstriya - 226.5 milyon dollar; ABŞ - 224 milyon dollar; Malta - 187.1 milyon dollar; Gürcüstan - 113.9 milyon dollar; Sinqapur - 99 milyon dollar; Niderland - 89 milyon dollar.
Məncə, bu siyahı həm də yaxşı bir xəritədir - oliqarxiyanın xaricdəki kapitalını axtarmaq üçün xəritə.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun tədiyə balansı metodologiyasına görə, birbaşa investisiya dedikdə 2 mühüm meyar nəzərdə tutulur:
1) sərmayə qoyan tərəfin müəssisənin kapitalında birbaşa iştirakı, sahiblik vasitəsilə müəssisənin idarəçiliyndə səsvermə hüququ yaranır; 2) sərmayədar müəssisənin kapitalının ən azı 10 faizinə sahiblik qazanır. Qoyulan sərmayənin həcmi müəssisənin kapitalının 10 faizindən az hissəsini almağa yetirsə, bu halda həmin sərmayə çıxışı ölkənin tədiyə balansında “portfel investisiya” kimi qeydə alınır".
Banklar vasitəsilə ölkədən vəsait çıxarılması necə tənzimlənir, prosesə hansı qurumlar nəzarət edir? Palatanın aşkarladığı faktlar üzrə cinayət işinin qaldırılması, qanunsuz köçürməni edən banklar və hesab sahibləri cəzalandırıla bilərmi?
Əkrəm Həsənov
Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda kifayət qədər liberal valyuta rejimi mövcuddur:
“Ölkədə əgər xarici valyutanı sərbəst şəkildə alıb-satmaq olarsa, prinsipcə, onu sərbəst şəkildə kənara da çıxarmaq mümkündür. Amma əlbəttə, mövcud qanunvericiliyin tələblərinə əməl etmək şərtilə. Azərbaycandan kənara valyuta çıxarılması iki yolla mümkündür: nağd və bank köçürmələri yolu ilə. Nağd çıxarılmaya gömrük orqanları, köçürmələrə banklar və Mərkəzi Bank nəzarət edir.
Hesablama Palatasının açıqladığı məlumatdan aydın olmur ki, 1.1 milyard manat ekvivalentində dollar və avro xaricə banklar tərəfindən köçürmə yolu ilə, yoxsa nağd - yəni banknot formasında çıxarılıb. Nağd çıxarılsaydı, buna nəzarəti gömrük orqanları etməliydi. Gömrük orqanlarında qeydiyyata alınmadığına görə belə demək olar ki, bu vəsaitlər qaçaqmalçılıqla çıxarılıb ölkədən.
Yəni gömrük orqanlarından gizlədilməklə. Qanunvericiliyə əsasən bu yolla ölkədən çıxarılan vəsait xeyli miqdardadırsa, onda bu əməlin sahibləri 3 ilədək azadlıqdan məhrum etmə və çıxarılan pulun 40-60 faizinə qədər cərimə cəzasına məhkum edilə bilərlər. Əgər çıxarılan vəsait 500 min manatdan yuxarıdırsa, bu, xüsusilə külli miqdarda hesab olunur. Bu zaman əməl sahibi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə, çıxarılan pulun 60-80 faizindək cərimə cəzasına məhkum edilə bilərlər”.
Hüquqşünas bildirir ki, vəsait köçürmə yolu ilə çıxarılıbsa, nəzarəti banklar həyata keçirməliydi: “
Bu halda söhbət inzibati xətadan gedə bilər - valyuta tənzimi qaydalarının pozulmasına görə. İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə görə buna görə banklar cərimə oluna bilərlər - bank həmin məbləğin 20-30 faizi, bankın vəzifəli şəxsi isə 10-20 faizi həcmində. Burada söhbət ”Valyuta tənzimi haqqında" Qanunun, həmçinin Mərkəzi Bank tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması qaydaları”nın pozulmasından gedir. Qaydaların 4-cü maddəsində vəsaitlərin hansı halda və hansı qaydada xaricə köçürülməsi dəqiq əksini tapıb. Banklar bu qaydalara əməl etməlidilər. Əməl etmədikləri halda müvafiq məsuliyyətə cəlb oluna bilərlər. Bankların qaydalara əməl etməsinə nəzarəti isə Mərkəzi Bank həyata keçirir".
Ə.Həsənovun sözlərinə görə, çirkli pulların dövriyyəsinin qarşısını almalı olan Maliyyə Monitorinqi Xidməti Palatanın açıqladığı faktda əksini tapan vəsaitlərin hərəkətini o zaman izləyə bilər ki, onların terrorçuluğu maliyyələşdirməyə yönəldildiyini müəyyənləşdirmiş olsun.
Oxşar Xəbərlər
COVİD-19-la mübarizəyə xərclənən 2 milyard manat vəsaitlə bağlı yoxlama aparılır
Hesablama Palatası XİN-də maliyyə pozuntuları aşkarladı
Hesablama Palatası auditlərin nəticələrin ictimaiyyətdən gizlədir
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 25% azalıb
Xəbər lenti
Professorun ölkədən çıxışına "stop" qoyuldu -
SƏBƏB
Kürdəxanı yolunda ağacların soyqırımı —
Obyektə hazırlıq
Üzeyir dünyası – Milli Musiqi Günü- Beyləqanda geniş tədbirlə keçirilib
Nazirliyin plastik cərrahlar siyahısında olmayan Dilqəm Məhərrəmov imtahan verdi –
FOTO
Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək?
RƏSMİ
Paşinyan Ağrı dağı ilə bağlı açıqlama verdi
"Amal Qrup" MMC-nin ÖZBAŞINALIĞI -
Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər
Qadın evə kişi geyimində girib 45 min manat oğurladı
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? -
Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
40 min rəsmi narkoman –
Azərbaycanda vəziyyət kritik həddə çatdı
Polşanın müdafiə naziri Kiyevdədir
Tanınmış müəllim sirləri açdı :
“ Sonu mənim üçün yaxşı olmasa da deməliyəm...”
Beyləqanda çətənə bitkiləri əkib-becərən şəxslər saxlanılıblar
Bu bürclərə inanmamışdan əvvəl iki dəfə düşünün -
YALANÇIDIRLAR
“2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti
Bu arayışı “ASAN xidmət” verəcək
SON DƏQİQƏ! Oktyabrın 1-dən quru sərhədlər açılır? -
AÇIQLAMA
Gürcüstanda inqilab törətmək istəyirlər
Vəkil Cavidan Osmanlıya cinayət işi açıldı
“Kristal” təzminat tələb edir -
Həmin videoya görə məhkəməyə müraciət olundu
Xankəndidə keçirilən hərbi parad
Azərbaycan bayrağı Xankəndidə dalğalanır
20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
Qarabağda Dövlət Bayrağının Ucaldılması və Suverenliyin Bərpası
Azad Torpaqlarda Böyük Qayıdışın Zəfər və Dirçəliş Günü
Bakıda orta aylıq əməkhaqqı 1370 manatı ötdü
İlham Əliyev “Qarabağı” təbrik edib
“28 May”da avtobus qadını vurdu
Azərbaycan neftinin qiyməti sürətlə yüksəldi -
Enerji bazarlarında sevindirici xəbər
Parlamentdə dəyirmi masa olacaq
Əvvəlcə arvadını qətlə yetirdi, sonra özünü öldürdü
Ölkə ərazisinə leysan yağır
“Dövlət Suverenliyi Günü”nün təsis edilməsi
2023-cü ilin antiterror əməliyyatı
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
II Qarabağ müharibəsində əldə olunmuş Zəfər
30 ildən çox davam edən işğal
Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması
Suveren dövlət
Türkiyədə diplomatlar həbs olundu
NAZİRDƏN QALMAQAL YARADACAQ YENİ AÇIQLAMALAR - "Keyfiyyətli təhsil ucuz başa gələ bilməz...
O məktəblər ya bağlanacaq..."
Musiqi məktəbərində təhsil haqqının 2 dəfə artırıldığı bildirilir –
Valideynlər narazılıq edir
Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər
19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
Separatizmə son qoyulması
“Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb
Biləsuvarda saxlanılan narkokuryerdən 6 kiloqram narkotik vasitə aşkarlanıb.
Yağıntılı hava nə vaxtadək davam edəcək? -
AÇIQLAMA
Nazirliyin Aparat rəhbəri vəzifəsindən getdi, müşavir təyin edildi
PRİZMA
Azərbaycan bayrağı Xankəndidə dalğalanır
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
8 avqust- Rusiyanın və İranın ikiqat məğlubiyyəti
SOSİAL
1
2
3
4
5
6
Bu bürclərə inanmamışdan əvvəl iki dəfə düşünün -
YALANÇIDIRLAR
Bu arayışı “ASAN xidmət” verəcək
Bakıda orta aylıq əməkhaqqı 1370 manatı ötdü
Ölkə ərazisinə leysan yağır
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Yağıntılı hava nə vaxtadək davam edəcək? -
AÇIQLAMA