Dünən, 09:46
Dünən, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
İyulun 1-dən Gürcüstanda kommersiya obyektləri üçün təbii qazın istehlak qiyməti artırılacaq.
AZƏRTAC xəbər verir ki, “Tbilisi Energy” hazırda istehlak olunan 1 kubmetr (m3) qaz üçün sərf olunan 1,10 lari əvəzinə 1,35 lari ödəyəcək. Bu artım təqribən 20 min abunəçini əhatə edəcək.
Ekspertlərin fikrincə, ölkədə kommersiya obyektləri üçün təbii qazın qiymətinin artımı digər istehlak məhsullarının, o cümlədən çörəyin qiymətinin kəskin artmasına səbəb olacaq.
Bildirilir ki, bu artım əhali qrupuna hələlik şamil edilməyəcək. Əhali qrupuna daxil olan abunəçilərin istehlak etdiyi qazın qiyməti bu ilin sonuna qədər artırılmayacaq.