Dünən, 09:46
Dünən, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Gürcüstanın avtomobil yollarından yük maşınlarının tranzit məqsədilə istifadəsi üçün rüsum 75 % artırılıb.Sozcu.info “Report”a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan hökumətinin müvafiq qərarına dəyişikliklər edilib.Dəyişikliklərə əsasən, rüsum 200 laridən (68 ABŞ dolları) 350 lariyə (119 ABŞ dolları) qaldırılıb. Yük daşıyanlar üçün yeni tarif bu ilin iyunun 20-dən qüvvəyə minəcək.Bəs yük maşınlarının tranzit məqsədi ilə istifadə rüsumunun artması hansı məhsulların qiymətinə təsir edəcək?Məsələ ilə bağlı ekspert Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, əslində burada bəzi məqamlar dəqiqləşdirilməlidir:“Dəqiqləşdirmək lazımdır ki, rüsumun qaldırılması ikitərəfli müqavilələri olan ölkələrə də şamil edilirmi:“Çünki Gürcüstan ilə Azərbaycan arasında tranzit xərcləri ilə bağlı ikitərəfli müqavilə var. Hətta Türkiyə və Gürcüstan arasında belə bir müqavilə mövcuddur. Ona görə də rüsumun qaldırılması bütün ölkələrə aid ediləcəkmi? Yoxsa ancaq üçüncü ölkələr üçün artım olacaq? Bunu dəqiq öyrənmək lazımdır. Əgər ikitərəfli müqaviləsi olan ölkələrə aid deyilsə, bizim üçün hər hansısa bir dəyişiklik olmayacaq. Əgər tranzit yükdaşımalarına şamil edilsə, qiymət artımı cəhətdən Azərbaycana ciddi təsiri olacaq. Çünki logistik cəhətdən hələ ki Azərbaycanı Avropa və Türkiyəyə bağlayan yol Gürcüstan ərazisindən keçir. Buna görə də istənilən halda Azərbaycana çatdırılan yüklərin və məhsulların qiymətinin artması gözlənilir”.Ekspert qiymət artımının hansı məhsullara təsir edəcəyi barədə bildirib ki, Azərbaycanda satılan əksər məhsullar ölkəyə Gürcüstan üzərindən çatdırılır:“Bu da ərzaq və qeyri ərzaq məhsullarına aiddir. Yalnız Rusiyadan, Çindən və başqa bir neçə ölkədən gələn məhsulların birbaşa girişi mümkün olduğu üçün burada qiymət dəyişikliyi olmayacaq”.Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında qonşu ölkədən tranzit keçməklə daşınmış yüklərin sayı 116 mindən çox olub, büdcəyə daxilolmaların həcmi isə 23,2 milyon lari təşkil edib.