21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Türkiyədə dollarla bağlı şok proqnoz verilib.
Hazırda Türkiyədə 17.30 lirə olan dolların ilin sonuna kimi daha çox bahalaşacağı ehtimal olunub.
Belə ki, mütəxəssis Selçuk Gezer dollarla bağlı paylaşımı ilə növbəti dəfə diqqət mərkəzinə düşüb.
O, 6 ay sonra dolların 22 lirə olacağını proqnozlaşdırıb:
"Dollar öncə 22 lirəyə yükəsələcək, daha sonra isə mərhələli şəkildə 30 lirəyə qədər bahalaşacaq".
Ekspertlər hesab edirlər ki, Selçuk Gezerin dollarla bağlı verdiyi proqnozların doğru çıxması bu ehtimalı daha da gücləndirir. Etdiyi analizlər və verdiyi proqnozlar doğru çıxdığı üçün onun son açıqlaması da Türkiyədə şok effekti yaradıb.
Xatırladaq ki, Selçuk Gezer bundan öncə dollar 14,95 lirə olan zaman isə "Twitter" hesabından bəznər paylaşım edərək, dolların 17 lirəyə yüksələcəyini öncədən təxmin etmişdi:
"Dolların 22 lirə olması qaçılmazdır. Öncə 17, sonra 22, ardından 30 lirə olacaq".\\Cebhe.info