Rusiya Avropaya qaz nəqlini DAYANDIRDI: Nə baş verir?


Rusiya “Şimal axını 1” kəməri ilə Avropaya təbii qazın nəqlini tamamilə dayandırıb.

Sozcu.info  xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Rusiyanın dövlət enerji şirkəti “Qazprom”dan verilən açıqlamaya görə, nəqlə qoyulan məhdudiyyət kəmərdə aparılan təmir işləri ilə əlaqədardır və üç gün davam edəcək.

Qeyd edək ki, təbii qaz Rusiyadan Almaniyaya Baltik dənizinin üzərindən “Şimal axını 1” boru kəməri ilə çatdırılır. Bu kəmər 2011-ci ildə istifadəyə verilib və Rusiyadan Almaniyaya gündə maksimum 170 milyon kubmetr qaz çatdırıla bilir.

Xatırladaq ki, iyul ayında da kəmər 10 gün müddətinə bağlanmışdı. Buna səbəb kimi illik planlı təmir işlərinin aparıldığı bildirilmişdi. Hazırda “Şimal axını 1” cəmi 20 faiz gücündə işləyir və Rusiya tərəfinin iddiasına görə, bu, avadanlıqların nasazlığı ilə bağlıdır. Avropa liderləri isə Rusiyanın təbii qazın qiymətini artırmaq üçün tədarükün kəsilməsini uzada biləcəyindən ehtiyat edirlər.



Oxşar Xəbərlər

Xəbər lenti