21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Bu ilin aprel-sentyabr ayları ərzində dünyanın səhm və istiqraz bazarlarının həcmi 44 trilyon dollar kiçilib. Yaponiyanın nüfuzlu “Nikkei” qəzetinin ekspertlərə istinadən yaydığı məlumata görə, bu, rüblük ifadədə qiymətli kağızlar ticarəti tarixində ən böyük çöküşdür.
Qeyd olunan dövrdə istiqrazların ümumi dəyəri 20 trilyon dollar ucuzlaşmaqla 125 trilyon dollara düşüb. Dünya maliyyə meydanlarında səhmlərin dəyəri isə 24 trilyon itirməklə 86 trilyon dollar olub. “Nikkei” ekspertlərinin fikrincə, bu, 2001-ci ildən bəri ən böyük çöküş olmaqla, itkilərin miqyası 2008-ci il maliyyə böhranındakını da keçib.
Qəzet ekspertləri hesab edirlər ki, bu çöküşün əsas səbəbi aparıcı sənaye ölkələrinin əksəriyyətində inflyasiya ilə mübarizə məqsədilə kredit faizlərinin artırılmasıdır. Bu, həm də qlobal səviyyədə işgüzar aktivliyi azaldır.
Onu da qeyd edək ki, qlobal səhm və istiqraz bazarlarındakı bu enişdən Azərbaycan Dövlət Neft Fondu da böyük həcmdə zərər görməkdədir. Bu ilin birinci yarısı üzrə zərərin məbləği 4 milyard manata yaxındır.
Musavat.com