Trampın milyard dollarlıq fondu Vaşinqtonda qalmaqal yaratdı
Ermənistan və Türkiyə MASAYA OTURDU -
Mühüm razılıq əldə olundu
AZAL Naxçıvana uçuşları yenidən təxirə saldı
Nazir müavinindən vətəndaşların ev təminatı ilə bağlı
AÇIQLAMA
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi?
- Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Konstitusiya Məhkəməsi ilkin müqavilələr üzrə ödənişə aydınlıq gətirdi
“5 ildir məhkəmələrdə sürünürəm”
– Mərhum şairin ailəsində EV QALMAQALI
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq?
- DİM-dən açıqlama
Deputat oğlunun şirkəti son 25 gündə 66,4 milyon manatlıq 3 tenderin qalibi oldu
ABŞ-da məhkəmə qərarları Respublikaçıların ümidlərini artırıb
Gürcüstanın yeni patriarxı seçildi
Səkkiz nəfər öldü -
Nazirlikdən açıqlama
Əvvəlki
Sonrakı
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Bank sektoru: kredit faizləri yenə yüksək olaraq qalır Ekspert: “Kredit
Ekspert: “Kredit faizlərini real sektordakı risklər qaldırır”
Dünya iqtisadiyyatı koronavirus pandemiyasının təsirindən sürətlə çıxdığı bir dövrdə yeni təhdidlərlə üzləşib: əksər ölkələrdə inflyasiya sürətlənib. İnflyasiyanı cilovlamaq üçün ölkələr uçot dərəcələrini artırırlar. Artıq bir çox mərkəzi banklar faiz artırıb ya da faiz artıracağının siqnallarını verməyə başlayıb. Pandemiya səbəbilə 2020-ci ildə dünyada ümumi meyl mərkəzi bankların faiz endirimləri və pul emissiyası yolu ilə iqtisadiyyatları və maliyyə bazarlarını dəstəklənməsi istiqamətində idi. 2021-ci ildə isə həm iqtisadiyyatların bərpası, həm də inflyasiyanın artması, əksinə bir meylin ortaya çıxmasına səbəb olub.
Sentyabr ayından başlayaraq bir çox ölkələr faizləri artırıb. Braziliya, Rusiya, Pakistan, Azərbaycan, Ermənistan, Moldova, Çili, Paraqvay, Peru, Rumıniya, Yamayka, Uruqvay, Kolombiya, Macarıstan, Çexiya, Yeni Zelandiya, Polşa, İslandiya və Noveç, 11 sentyabr-19 oktyabr dövründə mərkəzi banklarının pul siyasəti faizinin artırılmasına imza atan ölkələrdir.
2021-ci ildə dünyada faiz endiriminə gedən 5 ölkə var. Bu ölkələr Türkiyə Konqo, Uqanda, Danimarka, Qana və İndoneziyadır.
Azərbaycan Mərkəzi Bankı da sentyabrın 17-də ölkədə uçot dərəcəsinin artırılması barədə qərar qəbul edib. Qərarla uçot dərəcəsi 6.25 faizdən 6.5 faizə, dəhlizin aşağı həddi 5.75 faizdən 6 faizə, yuxarı həddi isə 6.75 faizdən 7 faizə qaldırılıb. Mərkəzi Bank qərarla bağlı açıqlamasında bildirib ki, hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3 faiz, ABŞ-da 156 ayın maksimumuna çataraq 5.3 faiz, Rusiyada son 60 ayın maksimumuna çataraq 6.7 faiz, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8.7 faiz, Belarusda son 56 ayın maksimumuna çataraq 9.8 faiz, Ukraynada son 39 ayın maksimumuna çataraq 10.2 faiz, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12.8 faiz və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19.3 faiz təşkil edib.
Qeyd edək ki, sentyabr ayında da Avrozonada inflyasiyanın sürətli artımı davam edib. Avrostatın məlumatına görə, sentyabrda Avrozonada istehlak qiymətləri 2020-ci ilin eyni ayı ilə müqayisədə 3,4 faiz artıb. Bununla da 2008-ci ilin sentyabrında qlobal maliyyə böhranı başlayandan sonra regionda inflyasiya ən yüksək həddə çatıb. Avropa İttifaqının (Aİ) 27 ölkəsində qiymətlər bir ay əvvəl 3,2 faiz artdıqdan sonra sentyabrda illik ifadədə 3,6 faiz artıb. Bir əvvəlki ayla müqayisədə Aİ-də qiymətlər 0,5 faiz artıb.
Azərbaycanda da əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib. Mərkəzi Bankın məlumatına əsasən, cari ildə orta illik inflyasiya 5.4-5.8 faiz, illik inflyasiya isə 7.0-7.5 faiz səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır".
Məlumdur ki, iqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi kreditlərə olan tələbi yüksəldir. Azərbaycanda da bu ilin ötən dövründə eyni proses müşahidə olunub. Bank sisteminin kredit portfeli avqust ayında 1.6 faiz, ümumilikdə 8 ayda isə 7.4 faiz artıb. İstehlak kreditləri 12.9 faiz, ipoteka kreditləri 12.2 faiz artıb.
Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmovun dediyinə görə, dünyada pandemiyanın yaratmış olduğu ümumi iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycanda bank sektoru dayanıqlıdır:
“Bank sektoru sağlamdır və ümumilikdə pandemiyadan yaxşı çıxıb. Mənfi göstəricilər sistemdən çıxarılmış (lisenziyaları geri alınmış) banklarla bağlı idi. Bu gün bank kapitalının adekvatlığı və likvidliyi 2 dəfə yüksəkdir, bu səbəbdən yalnız bəzi məhdudiyyətləri qüvvədə saxlamışıq”.
Onun sözlərinə görə, bank sektorunda - biznes, ipoteka və böyük ölçüdə istehlak kreditlərində artım göstərir ki, bu sahədə vəziyyət normaldır, banklar özlərini yaxşı hiss edirlər.
Qeyd edək ki, bu il sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank sektorunun aktivləri 33 milyard 426,7 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 faiz çoxdur. Aktivlərin strukturunda 13 milyard 981,9 milyon manat vəsait müştərilərə verilmiş xalis kreditlərin payına düşür. Bu il sektorun kredit portfeli 7,8 faiz artıb, aktivlərdə kreditin payı isə 41,7 faizdən 41,8 faizə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,6 faiz artaraq, 28 milyard 613 milyon manata çatıb. Depozit portfeli 16,25 faiz böyüyərək 22 milyard 749,7 milyon manata çatıb. Bunun 8 milyard 400,2 milyon manatı fiziki şəxslərin, 14 milyard 439,5 milyon manatı hüquqi şəxslərin depozitidir. İl ərzində əhalinin banklardakı vəsaiti 8,1 faiz, şirkətlərin banklardakı vəsaiti isə 21,55 faiz artıb. Sektorun balans kapitalı 2,1 faiz artaraq, 4 milyard 813,7 milyon manat təşkil edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir. Rəsmi statistikadan da göründüyü kimi, bu il ərzində banklara qoyulan əmanətlər kreditləşmədən daha yüksək sürətlə artıb. Yəni banklar yığdıqları əmanətlərin az hissəsini kredit şəklində iqtisadiyyata yatırıblar. Bunun əsas səbəblərindən biri isə ölkədə mövcud olan uzunmüddətli problemdən - kredit faizlərinin yüksəkliyindən qaynaqlanır. Artıq uzun illərdir ki, Azərbaycanda kredit faizləri əksər dünya ölkələrindən, hətta yaxın qonşularımızda olduğundan bir neçə dəfə yüksək olaraq qalır. Düzdür, 2021-ci il ərzində faizlərin endirilməsi istiqamətində müəyyən irəliləyişlər qeydə alınıb: biznes kreditləri üzrə faiz dərəcələri 11-15 faizə, istehlak kreditləri üzrə isə 15-20 faizədək düşüb. Lakin buna baxmayaraq, Azərbaycandakı bank faizləri regionda ən yüksək olaraq qalmaqdadır.
Mərkəzi Bankın sədri Elman Rüstəmov son açıqlamasında deyib ki, maliyyə sektorunda ciddi islahatlar aparılacaq, çox ciddi proseslər gedəcək: “Bank sektoru, hər bir maliyyə institutu qarşıdakı dövrdə korporativ inkişafı, korporativ idarəetmə standartlarının tətbiq edilməsi, insan kapitalının inkişafı, daxili bilik-bacarıqlar, ekspertiza imkanlarını, daxili texnoloji, tədqiqat və proqnozlaşdırma bazalarını ciddi şəkildə artırmaq üzərində düşünməlidir”, - deyə baş bankir bildirib.
Elman Rüstəmov deyib ki, bank sektorunun üzərinə olduqca böyük məsuliyyət düşür, sektorun qarşısında olduqca böyük çağırışlar var. Baş bankir çağırışlar sırasında kredit faizlərinin endirilməsi məsələsinin olub-olmadığını açıqlamayıb. Lakin aydın məsələdir ki, kredit faizləri yalnız bank sektorunun deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatının, biznesinin inkişafı qarşısında duran əsas problemlərdən biridir.
Pərviz Heydərov
Son aylarda həm dünyada, həm də Azərbaycanda inflyasiya prosesinin sürətlənməsi kredit faizlərinin daha da artmasına gətirib çıxara bilər. İqtisadçı-ekspert Pərviz Heydərovun Sozcu.info-ya dediyinə görə, Azərbaycanda inflyasiya göstəricisi ilə bank kreditlərinin faiz dərəcəsi arasında, normal bazar iqtisadiyyatlı ölkələrdəki kimi, qarşılıqlı əlaqə, sıx bağlılıq yoxdur:
“Ən adi bir misal deyim: Azərbaycan Mərkəzi Bankın uçot dərəcəsinə dair qərarları kredit faizlərinə, demək olar ki, tam təsirsiz qalır. Amma normal bazar iqtisadiyyatı olan ölkələrdə mərkəzi banklar ölkədə inflyasiya prosesləri uçot dərəcələri ilə tənzimləyirlər. Məsələn, ABŞ-da Federal Ehtiyat Sistemi baxır ki, inflyasiya prosesi iqtisadiyyata zərər vuracaq həddə zəifləyib, dərhal uçot dərəcələrini azaltmaqla inflyasiyanı sürətləndirir. Yaxud görür ki, inflyasiya sürətlənib, iqtisadi proseslərə mənfi təsir göstərir, uçot dərəcəsini qaldırmaqla qarşısını alır. Hazırda bütün dünyada inflyasiya sürətlənib, mərkəzi banklar uçot dərəcəsini artırmaqla prosesi zəiflətməyə çalışırlar. Azərbaycanda, doğrudur, banklar kredit dərəcələrini müəyyənləşdirərkən inflyasiya səviyyəsini nəzərə alırlar. Başqa cür mümkün deyil. Amma elə vaxtlar olub ki, Azərbaycanda inflyasiya səviyyəsi ikirəqəmli olub - 14-15 faizədək yüksəlib. Lakin bu, bank faizlərinə demək olar ki, təsirsiz qalıb”.
Ekspert bildirir ki, hazırda ölkədəki kredit faizləri ilə inflyasiya səviyyəsi arasında bağlılıq müşahidə olunmur:
“İnflyasiya son aylarda sürətlənib, amma bank faizlərində azalma gedir. Düzdür, hələ də faizlər yüksəkdir, amma müəyyən azalma var. Düşünürəm ki, Tarif Şurasının son qərarları, dövlət başçısının əmək haqları, pensiya və sosial müavinətlərin artırımasına dair sərəncamı inflyasiya proseslərini sürətləndirəcək amillərdəndir. Birinci birbaşa satış bazarında qiymətləri qaldıracaq, ikinci isə psixoloji olaraq inflyasiya gözləntilərini gücləndirəcək. 2022-ci nəticəsində dövriyyəyə daxil olacaq əlavə pul kütləsi yenidən inflyasiya yaradıcı amilə çevriləcək”.
P.Heydərovun fikrincə, Azərbaycanda bank faizlərinə ən çox təsir edən amil real sektordakı təhdidlərdir:
“Real sektordakı təhdidlər, risklər azaldıqca, bank faizləri də azalmağa başlayacaq. Real sektordakı risk dərəcələrinin aşağı salınması isə hökumətin həyata keçirməli olduğu tədbirlərə bağlıdır. Nə zaman təsirli tədbirlər həyata keçiriləcək, o zaman da real sektorda risklər azalacaq, biznes tam azad inkişaf yoluna çıxacaq”.
Oxşar Xəbərlər
Dünya Bankı
Bankların absurd faiz siyasəti - ÇIXIŞ YOLU
Azərbaycan manatı dəyərini itirir? - Mərkəzi Bankdan AÇIQLAMA
Azərbaycanda yeni bank böhranı: “Bəzi bankların bağlanma riski var”
Xəbər lenti
Trampın milyard dollarlıq fondu Vaşinqtonda qalmaqal yaratdı
Dietoloqlar ən sağlam çörək növünü açıqladı
Sosial ödənişlərin veriləcəyi tarix açıqlandı
Ermənistan və Türkiyə MASAYA OTURDU -
Mühüm razılıq əldə olundu
AZAL Naxçıvana uçuşları yenidən təxirə saldı
Nazir müavinindən vətəndaşların ev təminatı ilə bağlı
AÇIQLAMA
Bakıya güclü yağış yağacaq -
Sabahın havası
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi?
- Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
KİRAYƏ MƏNZİL BAZARI "ƏL YANDIRIR"... -
Qiymətlər niyə artır? + VİDEO
Konstitusiya Məhkəməsi ilkin müqavilələr üzrə ödənişə aydınlıq gətirdi
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
“5 ildir məhkəmələrdə sürünürəm”
– Mərhum şairin ailəsində EV QALMAQALI
Dünən imtahana qatıla bilməyənlərə əlavə imtahan təşkil olunacaq?
- DİM-dən açıqlama
Deputat oğlunun şirkəti son 25 gündə 66,4 milyon manatlıq 3 tenderin qalibi oldu
Prezident qonaqlarını qarşıladı
Süni intellekt və yağış duası-Xəqani Cəfərli yazır
ABŞ-da məhkəmə qərarları Respublikaçıların ümidlərini artırıb
Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi artıq dövlət siyasətinin əsas istiqamətlərindən biridir - Azər Məmmədovun şərhi
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Gürcüstanın yeni patriarxı seçildi
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı -
FOTO
Azərbaycanda hər gün bu qədər insan ÖLÜR -
RƏSMİ
2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Səkkiz nəfər öldü -
Nazirlikdən açıqlama
Sabah 30 dərəcə isti olacaq
“İlham Əliyev özü də mənimlə birgə kövrəldi” -
Şəhid atası
"TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU
Mayda pensiya gözləyənlərə XƏBƏR
Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
Vüsal Əliyev həmin VİDEOya görə ÜZR İSTƏDİ
Göygöldə QƏZA:
5 nəfər xəsarət aldı
Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq
Yaponiya yeni kəşfiyyat qanununu qəbul edib
-Səksən illik parçalanmış struktura son qoyulur
“BU İŞ SONA ÇATMAĞA DOĞRU GEDİR”
– Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır?
Beyləqanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
-Foto
Heydər Əliyev İrsi: Müasir Azərbaycan Dövlətçiliyinin Memarı
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanışlıq -
FOTOLAR
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi -
FOTOLAR
“Şəfəq” yarımstansiyasının açılışı oldu -
FOTOLAR
Dəhşətli virus SÜRƏTLƏ YAYILIR -
Yeni yoluxmalar aşkarlandı
Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər -
FOTOLAR
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
SON DƏQİQƏ!
Azərbaycanda zəlzələ oldu
Bazar gününün HAVA PROQNOZU
Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu-
Zaqatalada hadisə
Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin -
XƏBƏRDARLIQ
25 yaşlı oğlan işlədiyi bağda öldü
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ Senatında İran dilemması
-Müharibə, məsuliyyət və seçki riski
SOSİAL
1
2
3
4
5
6
Dietoloqlar ən sağlam çörək növünü açıqladı
Sosial ödənişlərin veriləcəyi tarix açıqlandı
Bakıya güclü yağış yağacaq -
Sabahın havası
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi?
- Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
KİRAYƏ MƏNZİL BAZARI "ƏL YANDIRIR"... -
Qiymətlər niyə artır? + VİDEO
Azərbaycanda hər gün bu qədər insan ÖLÜR -
RƏSMİ