21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Rusiya buğdasının dünya bazarındakı qiyməti iqtisadi səmərəlilik baxımından ən aşağı həddə düşüb.
Sozcu.info İnterfaksa istinadən xəbər verir ki, bu barədə Rusiya Taxıl İxracatçıları İttifaqının İdare Heyətinin sədri Eduard Zenin məlumat açıqlayıb .
Onun sözlərinə görə, hazırda tərkibində 12,5 faiz protein olan buğdanın bir tonunun qiyməti 275 dollar təşkil edir: “Biz hesab edirik ki, buğdanın ixrac qiyməti mümkün olan minimal ağlabatan həddə düşüb. Bundan aşağı qiymətə ixracatçıların onu satması sıfır gəlir əldə olunması demək olar və bu, artıq mümkün deyil”.
E.Zenin qeyd edib ki, xarici birjalardakı kağız müqavilələrdə daha da endirimə nail olunması üçün edilən fırıldaqçı hücumlara baxmayaraq, qiymətlərin bundan aşağı düşməsi az ehtimalolunandır: “Rusiya ixracatçıları qiymət endiriminin davam etməsi üçün əsas görmürlər. Çünki onun istehsal xərcləri, həmçinin dünya bazarındakı iri alıcıların yüksək tələbi qarşılığında bu, mümkün deyil”.
Qeyd edək ki, Azərbaycanın buğda idxalının 80 faizdən çoxu Rusiyadan reallaşır. Əlverişli qiymətlər fonunda yanvar-fevral ayında Azərbaycan 81 milyon 987 min dollar dəyərində 268 min 114.16 ton buğda idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 78 faiz və ya 117 min 517 ton, məbləğ baxımından isə 57.8 faiz və ya 30 milyon 34 min çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayında buğdanın idxal qiyməti 2022-ci ilin eyni dövri ilə müqayisədə 11.6 faiz azalaraq 345 dollardan 308 dollara düşüb.