“Paşa Holdinq”in bankları 3 ayda 126 milyon manat qazanıblar

Ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsus 2 bankın bu ilin ilk 3 ayı ərzində əldə etdikləri xalis mənfəət 125 milyon 750 min manat olub.
Sozcu.info 
banklar tərəfindən açıqlanan maliyyə hesabatına istinadən xəbər verir ki, “Kapital Bank” ASC (VÖEN – 9900003611) bu ilin ilk 3 ayında 83 milyon 519 min manat, “Paşa Bank” ASC (VÖEN – 1700767721) isə 42 milyon 231 min manat xalis mənfəət əldə edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə “Kapital Bank”ın mənfəəti 33 milyon 114 manat və ya 65,7%, “Paşa Bank”ın mənfəəti isə 3 milyon 905 manat və ya 10,2% artıb.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 265,8 milyon manat olan “Kapital Bank”ın səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.
Nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 57%-i “Paşa Holdinq”ə, 28%-i “Bless” MMC-yə, 10%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir.

A. Cəfərov



Oxşar Xəbərlər

Xəbər lenti