Rövnəq Abdullayevin kürəkəninə məxsus bankın gəlirləri açıqlandı

Ölkənin aparıcı banklarından biri olan “Rabitəbank” ASC (VÖEN – 9900001061) bu ilin ilk 3 ayını əhatə edən maliyyə hesabatını açıqlayıb.
Sozcu.info xəbər verir ki, “Rabitəbank” ASC bu ilik 3 ayı ərzində 5 milyon 79 min manat xalis mənfəət əldə edib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 min manat çox olub.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 101,3 milyon manat olan “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur. Bank səhmlərinin 41%-nin Əliyev Rauf Zeynal oğluna məxsus olduğu bildirilir.
Rauf Əliyev eyni zamanda bankın Müşahidə Şurasının üzvüdür.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir. Bunlardan başqa Rauf Əliyev “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241) və "Black Sapphire” MMC-lərin də (VÖEN – 1403649271)) qanuni təmsilçisidir.
Rauf Əliyevin qanuni təmsilçi olduğu daha bir şirkət “Trust Holding” MMC (VÖEN -1602326211) adlanır. Bir neçə ay əvvəl  “T VİSİON” MMC (VÖEN -1702011691), “T AGRİCULTURE” MMC (VÖEN - 1701959591),  “AR CONSTRUCTİON” MMC (VÖEN -1402830021), “Z KOMMERS” MMC (VÖEN -1402886831) və “AS BUILDING” MMC də (VÖEN -1402886701) adlı şirkətlər də ləğv olunaraq Rauf Əliyevin rəhbərlik etdiyi “Trust Holding” MMC-yə qoşulduqlarını elan ediblər.
Qeyd edək ki, “Trust Holding” MMC-yə qoşulan şirkətlərə daha əvvəl Rövnəq Abdullayevin övladları rəhbərlik edib.

A. Cəfərov



Oxşar Xəbərlər

Xəbər lenti