Lirə dollar qarşısında tarixi minimuma düşdü


Bu gün Türkiyənin milli valyutası lirənin dollar qarşısındakı məzənnəsi ən aşağı səviyyəyə düşüb. 

Sozcu.info xəbər verir ki, 1 dollar bu gün 20,3 lirəyə bərabər olub.

Qeyd edək ki, Türkiyə lirəsi dollar qarşısında heç vaxt bu səviyyədə ucuzlaşmayıb.

Onu da bildirək ki, Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları demək olar ki, tükənib. Bu səbəbdən Mərkəzi Bankın lirəni qorumaq üçün bazara müdaxilə imkanları qalmayıb. Ehtimal etmək olar ki, yaxın günlərdə lirə dollar qarşısında daha çox ucuzlaşacaq.



Oxşar Xəbərlər

Xəbər lenti