Azərbaycanın İrana satdığı elektrik enerjisi 9 qəpikdən 5 qəpiyə düşdü – Rəsmi

Ötən il Azərbaycandan İrana 103 milyon 571,2 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Sozcu.info açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə xaricə satılan elektrik enerjisinin həcmi 2 dəfədən çox azalıb. Belə ki, 2021-ci ildə Azərbaycan İrana 261 milyon 544 min kVt/saat elektrik enerjisi ixrac edib.
Qeyd edək ki, ötən il İrana satılan elektrik enerjisinin 1 kVt/saatının gömrük dəyəri 5,3 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 9 qəpiyə bərabər olub.
2022-ci ildə İran Azərbaycana daha az elektrik enerjisi satıb. Ötən il İrandan Azərbaycana 29 milyon 605 min kVt/saaat elektrik enerjisi ixrac olunub və 1 kVt/saat elektrik enerjsinin gömrük dəyəri 2,8 sent (4,8 qəpik) olub.
Rəqəmlərdən də göründüyü kimi 2022-ci ildə Azərbaycanın İrana satdığı elektrik enerjisinin həcmi İranın Azərbaycana satdığı elektrik enerjisinin həcmindən təxminən 3,5 dəfə çox olub.  
Eyni zamanda Azərbaycanın İrana satdığı elektrik enerjisinin qiyməti də İranın Azərbaycana satdığı elektrik enerjisinin qiymətindən 2 dəfə çox olub.
Lakin, bu ilin ilk 3 ayında İranla Azərbaycan arasında elektrik enerjisinin dövriyyəsi eyni həcmdə olub. 2023-cü ilin yanvar-mart aylarında İrandan Azərbaycana 4 milyon 875 min kVt/saat, Azərbaycandan isə İrana 4 milyon 951 kVt/saat elektrik enerjisi ixrac olunub. Elektrik enerjisini hər iki ölkə bir-birinə eyni qiymətə 2,8 sentə (4,8 qəpik) satıblar.

Elnur Əli



Oxşar Xəbərlər

Xəbər lenti