8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Natiq Cəfərli: "Belə bir sistemdə üzən məzənnə rejiminə nəinki 2020-ci ildə, 2100-ci ildə belə keçmək mümkün deyil”
"Üzən məzənnəyə keçid üçün liberal bazar iqtisadiyyatı, qiymətli kağızlar bazarı və onlayn qaydada valyuta birjası olmalıdır, intenet üzərindən platformlar yaradılmalıdır və bazar oyunçularının sayı artırılmalıdır”
"2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq”. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Sənəddə qeyd olunub ki, əsas icraçı qurum olan Mərkəzi Bank tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbiri qismən icra edib. Tədbirlər planı tam hazır edilmədiyindən Maliyyə Sabitliyi Şurası ötən il bu sənədi təsdiq edə bilməyib.
Hesabatda qeyd olunub ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır. Bu istiqamət üzrə əsas icraçı orqan olan Mərkəzi Bank tərəfindən 2019-cu ildə tam üzən məzənnə rejiminə keçid üçün tədiyyə balansında və istehlak səbətində idxalın xüsusi çəkisinin GZİT təhlilinin aparılması və tam üzən məzənnə rejiminə keçidin müddəti müəyyənləşdirilməlidir. 2020-ci ildən isə Mərkəzi Bank tam üzən məzənnəyə keçidi təmin etməlidir.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qiymətləndirməsinə görə, "Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində” nəzərdə tutulan tədbirlər üzrə Mərkəzi Bank 69 faiz faizlik icra göstəricisinə malik olub. Bu da onu göstərir ki, pul-kredit siyasətinə məsul olan Mərkəzi Bank qarşısında duran tədbirləri tam yerinə yetirə bilməyib. Mərkəzi Bank 2017-ci il üçün nəzərdə tutulan tədbirləri qismən icra edibsə, 2020-ci ildə necə tam üzən məzənnəyə keçəcək?
"2015-ci ildə Mərkəzi Bank elan etmişdi ki, Azərbaycanda tam üzən məzənnə rejimi oturuşub”
"2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejiminin tətbiq olunacağı ilə bağlı iqtisadçı Natiq Cəfərli "Hürriyyət”ə bildirdi ki, burada maraqlı iki cəhət var: "Bir cəhəti odur ki, 2015-ci ildə Mərkəzi Bank elan etmişdi və hər il israrla hesabat açıqlayırdı ki, Azərbaycanda tam üzən məzənnə rejimi oturuşub. Yəni tam üzən məzənnə rejiminə keçid baş tutub. Çox qəribədir ki, indi məlumat yayılır ki, hələ 2020-ci ildən sonra oturuşmuş üzən məzənnə rejiminə keçid baş verəcək. Bu, artıq suallar doğurur ki, ya Mərkəzi Bank 2015-ci ildən bəri ictimaiyyətə doğru məlumatı verməyib, bizlər, yəni ekspertlər üzən məzənnə deyil deyə, təkzib edirdirlər. Amma indi 2020-ci ildən sonra üzən məzənnəyə keçidlə bağlı açıqlamalar verilir. İkinci cəhət də ondan ibarətdir ki, üzən məzənnə rejimi üçün institutsional dəyişikliklər, bazar oyunçularının sayının çoxluğu lazımdır. Azərbaycanda valyuta satan bir oyunçu var, Neft Fondudur. O da Mərkəzi Bank vasitəsilə həftədə iki dəfə formal hərrəclarda valyuta satır. Alıcılar da bəllidir, 29-30 bank var ki, hər dəfə hamısı iştirak edir, o valyutanı alır. Öncədən hərracda da valyutanın həcmi bəlli olur. Yəni alıcıların sayı da, həcm də bəllidir. Beləliklə məzənnə rejimi olmur. Yəni bunun üçün valyuta alan, satan minlərlər oyunçular lazımdır. Məsələn, Rusiyada rubl çoxdandır üzən məzənnə rejimindədir və gün ərzində 11 mindən çox iqtisadi oyunçu valyuta alqı-satqısında onlayn qaydada iştirak edir və rublun məzənnəsi saniyə ərzində tələb və təklif qanunların və yaxud da iqtisadi siyasi konyuktura uyğun olaraq dəyişir, ya artır, ya da azalır. Türk lirəsi də eyni qaydadadır. Bu gözümüzün qarşısında olur. Türkiyə iqtisadiyatı ilə bağlı internet saytlarında bunu izləmək olur. Türk lirəsi də onlayın rejimdə ya bahalaşır, ya da ucuzlaşır. Yəni üzən məzənnə rejimi üçün oyunçu sayının çoxluğu və onlayın formaların olması çox vacibdir. Türkiyədə 50 minə yaxın iqtisadi oyunçu gün ərzində valyuta əməliyyatlarında iştirakçı olur. Amma Azərbaycanda dediyim kimi, valyuta satan bir oyunçu, alan 29-30 bank var. Belə bir sistemdə üzən məzənnə rejiminə nəinki 2020-ci ildə, hətta 2100 -ci ildə belə keçmək mümkün deyil. Sistem dəyişiklikləri olmasa, oyunçuların sayı artmasa, iqtisadiyyatda liberallaşma, bazar iqtisadiyyatı qaydaları, valyuta birajasının oturuşması, onlayın qaydada alış-verişin təşkili, bu platformalar olmasa, üzən məzənnə rejiminə keçid 2020-ci ildə mümkün olmayacaq”.
"Bu, 2020-ci ildə məzənnənin dəyişməsi ehtimalının yüksək olduğunun ilkin işartılardır”
"Belə olan halda, 2020-ci ildə üzən məzənnəyə keçiriləcəyi haqda məlumatın yayılması nədən irəli gəlir” sualına N. Cəfərli belə cavab verdi: "Əslində, Azərbyacan əhalisində üzən məzənnəyə keçidlə bağlı fikirlər manatın ucuzlaşcağı ilə bağlı fikirlərlə paralel formalaşıb. Yəni üzən məzənnə o deməkdir ki, manat ucuzlaşacaq. Mənə elə gəlir ki, bu, cəmiyyəti və iqtisadiyyatı psixoloji hazırlıqdır ki, manatın uzun zamandır, artıq bir ildən çoxdur inzibati qaydada dollar qarşısında məzənnəsi sabitdir. Amma gələn il və yaxud 2020-ci ildə artıq bu məzənnənin dəyişməsi ehtimalının yüksək olduğunun ilkin işartılardır. Mənə elə gəlir ki, bu, psixoloji olaraq cəmiyyəti də, iqtisadi oyunçuları da, iqtisadiyatı da praktiki hazırlamaq məqsədi daşıyır”.
"Bazar oyunçularının sayı artırılmalıdır”
N.Cəfərli hesab edir ki, üzən məzənnə rejimində Mərkəzi Bank sadəcə oyunçulardan biri ola bilər: "Əslində, üzən məzənnəyə keçid üçün heç oyunçu da deyil, bunun üçün liberal bazar iqtisadiyyatı, qiymətli kağızlar bazarı və onlayn qaydada valyuta birjası olmalıdır, intenet üzərindən platformlar yaradılmalıdır və bazar oyunçularının sayı artırılmalıdır. Yəni valyuta əməliyyatlarını, alqı-satqını həyata keçirən şirkətlər, hüquqi şəxlsər yaranmalıdır. Indi bunun əsası Azərbaycanda yoxdur. Azərbaycanda valyuta gətirən şirkətlərin sayı barmaqla sayılası qədərdir. Bunlar da əsasən SOCAR və onun törəmə şirkətləridir. SOCAR-ın özünün də valyuta ehtiyatları kifayət qədər böyükdür. Amma qazandığı valyutanın böyük bir hissəsini kredit borclarının faizlərinin və onun bağlanmasına yönəldir. Yəni gələcəkdə belə birjaya valyuta çıxarıb satası deyil. Ona görə, belə iqtisadi qaydalar oturuşmasa, bazar oyunçularının sayı çoxalmasa, Mərkəzi Bankın inzibati müdaxiləsi olmadan alış-satışın həyata keçməsi baş tutmasa, üzən məzənnə rejiminə keçid sadəcə sözlərdən ibarətdir. Bu, reallıqda təəssüf ki, öz əksinin tapmayacaq”.
"Mərkəzi Bank üzən məzənnə rejiminə keçidi bilərəkdən yubadır”
"Məntiqlə Mərkəzi Bank üzən məzənnə rejiminə keçiddə maraqlı olmalıdır. Çünki üzən məzənnə rejimi Mərkəzi Bankın ehiyatlarına da müsbət təsir göstərə biləcək amilə çevrilə bilər. Yəni bundan sonra Mərkəzi Bank öz ehiyatlarını valyutanın inzibati qaydada tənzimlənməsinə xərcəlməyəcək. Amma Mərkəzi Bank da anlayır ki, bazarda oyunçuların sayının az olması, ümumiyyətlə, infrastrukturun, Azərbaycan iqtisadiyyatının üzən məzənnə rejiminə hazır olmaması buna imkan vermir. Mərkəzi Bank bunu açıqlamasa da, hamıdan yaxşı bilir. Ona görə də keçidi bu qədər yubadır və keçidi bu qədər uzanmasına səbəb olur”,-deyə iqtisadçı vurğuladı.