21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Rusiyada valyuta məzənnələri cədvəlində dəyişiklik edilir və Çin yuanı yuxarı sırada yerləşdirilir.
Sozcu.info xəbər verir ki, bu haqda Rusiya Mərkəzi Bankının rəsmi saytında məlumat yayılıb.
Rus mediasının məlumatına görə, beynəlxalq ticarətdə dolların payını azaltmaq üçün intensiv araşdırmalar aparan və bir çox tərəfdaş ölkələrlə milli valyutalar vasitəsilə ticarəti genişləndirən Rusiyada rəsmi qurumlar da dollarla bağlı simvolik addımlar atır. Belə ki, hazırda Rusiya Mərkəzi Bankı rəsmi saytında ənənəvi olaraq valyuta məzənnələri cədvəlində birinci yeri tutan dolları Çin yuanı ilə əvəzləyib.
Mərkəzi Bankın açılamasına görə, yuanın Rusiyanın ixrac əməliyyatlarında payı aprel ayı ilə müqayisədə 2 faiz artaraq 25 faiz təşkil edib, idxalda isə bu, 31 faiz səviyyəsini qoruyub. Həmçinin qeyd edilib ki, dollar və avronun xarici ticarətdə dəyər itirməkdə davam etdiyi bir vaxtda, onların ixrac və idxaldakı payları iyun ayında müvafiq olaraq 33 və 35 faizə qədər azalıb.
axar.az