Rusiya Gürcüstana investisiyaları kəskin artırdı


2023-cü ilin birinci yarısında Rusiyadan Gürcüstana birbaşa investisiyaların həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə yeddi dəfədən çox artıb.

Sozcu.info bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yanvar-iyun aylarında Rusiya Federasiyasından Gürcüstana investisiyalar 56,4 milyon dollar, keçən ilin ilk altı ayında isə 7,9 milyon dollar təşkil edib. Birinci və ikinci rüblərdə Rusiya investisiyaları üzrə rəqəmlər təxminən bərabər olub - müvafiq olaraq 29,3 milyon və 29,1 milyon dollar.

İlin birinci yarısında Gürcüstana ən çox sərmayə yatıran ölkələr Hollandiya (327,8 milyon dollar), Türkiyə (142,9 milyon dollar), Böyük Britaniya (142,5 milyon dollar), Yaponiya (73,7 milyon dollar) və ABŞ-dır (71 milyon dollar).

 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti