Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu
Rəqsanə həbs edildi
İcra hakimiyyətində 28 min manatlıq təmir -
Qalib şirkət kimindir?
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib
Lombard Dilarə Bağırova Ədliyyə naziri Fərid Əhmədovu şantaj edir? -
İginc iddia
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
16 yaşlı oğlan evdə ölü tapıldı
“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia:
Köhnə yumurtalar yeni tarixlə satılır?
ÜST-ün baş direktoru İlham Əliyevi təbrik etdi
Bakıda psixoloq estetik əməliyyatdan sonra həyatını itirdi
Emin Əmrullayev qanunsuzluq edən direktoru niyə qoruyur?
Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? -
RƏSMİ CAVAB
Əvvəlki
Sonrakı
KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır
4-08-2025, 08:32
Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
13-07-2025, 14:49
NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR –
Biabırçı olay + FOTO
4-07-2025, 23:20
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
3-07-2025, 22:15
İsrail niyə savaşır?
18-06-2025, 08:36
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İnşaat materialları niyə bahalaşır -
obyektiv və subyektiv səbəblər
İdxal qiymətlərindəki 42 faizlik artım pərakəndə satışa 80 faizlə çatır
Azərbaycanda hər sahədə olduğu kimi, tikinti materialları bazarında da sürətli qiymət bahalaşması gedir. Ötən ilin payızından başlanan bahalaşma son 2 ayda daha da kəskinləşib. Bazar iştirakçıları ilə apardığımız söhbətdən aydın olur ki, son aylarda əsas qiymət artımı taxta və digər ağac materialları, alçipan, gips, boyalarda, üzləyici materiallarda baş verir. Xüsusilə ağacdan hazırlanan tikinti materiallarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artıb. Məsələn, 12-15 millimetrlik fanerlərin kvadratmetri 10-12 manatdan 22-24 manata çatıb.
Rəsmi statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının qiyməti 4,4 faiz bahalaşıb. Sentyabr ayında 2020-ci ilin sentyabrına nəzərən qiymətlər 8,5 faiz artıb. Ən çox bahalaşan qeyri-ərzaq məhsullarının tərkibində inşaat materialları da var. Bu materialların qiyməti ötən ay əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz yüksək olub.
Qeyd edək ki, bir çox mütəxəssislər tikinti materialları bazarında bahalaşmanın bir neçə mühüm səbəbini göstərirlər. Bu səbəblərdən biri işğaldan azad olunmuş ərazilərdəki tikinti işləridir. Hesab olunur ki, bərpa prosesinin başlanması bazarda tələbatı artırıb və bu da qiymətlərə təsir edib. Lakin məsələ burasındadır ki, hələlik azad olunmuş ərazilərdə bərpa işləri tikinti materiallarına tələbatı kəskin yüksəldəcək həddə çatmayıb: əsas işlər yol, elektrik enerjisi xətlərinin çəkilişi ilə bağlıdır.
Bərpa işlərinin bazara təsir edəcək həddə çatmadığını ölkə üzrə kapital qoyuluşu həcmindən də aydın görmək olur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikintiyə kapital qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz azalmaqla 1 milyard 781,1 milyon manat təşkil edib. Bu zaman mənzil tikintisinə yatırımlar daha kəskin - 24,2 faiz azalmaqla cəmi 727,2 milyon manat olub. Bu isə o deməkdir ki, bazarda tələbatı artıran real səbəb mövcud deyil.
Yenə rəsmi statistikaya istinad etsək, bu ilin yanvar-sentyabrında ölkədə 625,4 milyon mantlıq tikinti materiallarının istehsal olunduğunu görərik. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 72,2 faiz artım deməkdir. Hesabat dövründə betondan yığma tikinti konstruksiyaların istehsalı 2,1 dəfə, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 58,1 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 53,1 faiz, tikinti gipsinin istehsalı 46,9 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 36,4 faiz, tikinti kərpicinin istehsalı 22,8 faiz, tikinti əhənginin istehsalı 9,1 faiz artıb. Sement istehsalı 2544,7 ton təşkil etməklə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artıb. Beləliklə, aydın olur ki, bu ilin 9 ayında ölkədə tikintiyə qoyulan yatırım azalsa da, tikinti materiallarının istehsalında ciddi artım baş verib. Demək, bahalaşmaya gətirən əsas şərtlərdən biri - tələbin təklifdən yüksək olması halı olmayıb. Nə qədər qəribə də olsa, azad olunmuş ərazilərdə avtomobil yollarının çəkilişi ilə bağlı tələbin artdığı materiallardan olan asfaltın istehsalı 9 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz azalıb.
Ağac materiallarının qiymət bahalaşmasını bazar iştirakçıları mənşə ölkəsində - Rusiyadakı bahalaşma ilə əsaslandırırlar. Azərbaycan Statistika Komitəsi bəyan edir ki, 2021-ci ilin avqust ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,9 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,7 faiz, 2021-ci ilin yanvar-avqust aylarında 2020-ci ilin yanvar-avqust aylarına nisbətən isə 21,7 faiz artıb.
Onu da qeyd edək ki, dünyada ağac materiallarının birinci böyük ixracatçısı Kanada, ikincisi isə Rusiyadır. Azərbaycana bu materiallar aydın məsələdir ki, əsasən Rusiyadan idxal olunur. Bu isə o deməkdir ki, Rusiyadakı ixrac qiymətləri Azərbaycan bazarında ağac materiallarının qiymətinə həlledici təsir göstərir. Hansı ki, bu ilin martından etibarən Şimal qonşumuzda ağac materiallarının qiymətində ciddi bahalaşma qeydə alınıb.
Rusiyada ağac materiallarının qiymət artımı əsasən ölkə hökumətinin atdığı addımlarla bağlıdır. Belə ki, prezident Vladimir Putinin əmri ilə 2022-ci il yanvarın 1-dən Rusiyadan oduncağın emal olunmamış formada ixracı qadağan edilir. Bundan əlavə, aprel ayından ağac materiallarının ixracına bir sıra məhdudiyyətlər tətbiq edilib. 2021-ci ilin iyulundan isə Rusiyadan ixrac olunacaq iynəyarpaqlı ağaclar, palıd, fıstıq və digər bütün növ ağac materiallarının hər kubmetrinə 13-50 avro məbləğində əlavə ixrac rüsumu tətbiq olunub.
Rusiya rəsmi statistikasına əsasən, 2020-ci il ərzində ölkədən ağac materialının ixracı 1,8 milyon kubmetr və ya 6 faiz azalmaqla 31 milyon kubmetr təşkil edib. Azalma dəyər ifadəsində də 6 faiz təşkil edib. Bu zaman uzaq xaricə ixrac azalıb, yaxın xaricə, xüsusilə də MDB ölkələrinə ixrac isə artıb.
Rusiya ağac materialının ən böyük alıcısı Çin, ondan sonra Özbəkistan, üçüncü isə Azərbaycandır. Çin Rusiyadan ixrac olunan ağac materialının 50 faizini, Özbəkistan və Azərbaycan isə hərəsi 9 faizini alır. Ötən il ərzində ölkəmizin Rusiyadan ağac materialı idxalında 7 faizlik artım qeydə alınıb.
Federal Gömrük Xidmətinin məlumatına əsasən bu ilin yanvar-avqustunda Rusiyadan xaricə emal olunmuş meşə materiallarının ixracı həcm ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalmaqla 12,2 milyon ton, dəyər ifadəsində isə 39,9 faiz artmaqla 4,1 milyard dollar təşkil edib.
Bu müddətdə faner ixracı həcm ifadəsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz artmaqla 2,076 milyon kubmetrə çatıb. Dəyər ifadəsində isə artım 58,9 faiz təşkil edib - 1,185 milyard dollar.
Lakin avqust ayından etibarən Rusiya həm faner, həm emal olunmuş digər meşə materiallarının ixracını kəskin azaldıb. Belə ki, emal olunmuş meşə materiallarının həcmi 2020-ci ilin avqustuna nəzərən 10,7 faiz, bu ilin iyuluna nəzərən isə 6,4 faiz azalıb. Dəyər ifadəsində ötən illə müqayisədə ixrac həcmi 62,8 faiz artsa da, bu ilin iyulu ilə müqayisədə 17,9 faiz azalıb.
Rusiya statistika orqanının məlumatından aydın olur ki, ölkə daxilində də ağac materiallarının qiyməti ötən ildən bəri 40 faizə yaxın bahalaşıb.
Rusiyadakı qiymətlərin Azərbaycan bazarına təsirlərini müəyyənləşdirmək üçün bir neçə ağac materialı üzrə idxal qiymətlərinə nəzər yetirmək kifayətdir. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-avqustunda Rusiyadan 46 milyon 648,61 min dollar dəyərində 365151,79 kubmetr(1 kubmetri 127,8 dollar) şam ağacından uzununa doğranmış meşə materialları, 30 milyon 698,25 min dollar dəyərində 244379,51 kubmetr(125,6 dollar) ağ şam ağacından və ya küknardan uzununa doğranmış meşə materialları, 19 milyon 903,7 min dollar dəyərində 77484,96 kubmetr(256,9 dollar) oduncaqdan ağacyonqarlı plitələr, 17 milyon 435,41 min dollar dəyərində 43125,97 kubmetr(404,3 dollar) digər, ən azı bir xarici təbəqəsi aşağıda qeyd olunan yarpaqlı ağac növlərinin oduncağından olan yapışqanlı faner idxal olunub.
2020-ci ilin eyni dövründə birincidən Azərbaycana 44 milyon 777,66 min dollar dəyərində 373703,2 kubmetr(1 kubmetri 119,8 dollar), ikincidən 25 milyon 4,91 min dollar dəyərində 213955,3 kubmetr(116,9 dollar), üçüncüdən 14 milyon 403,52 min dollar dəyərində 79817,76 kubmetr(180,5 dollar), dördüncüdən 19 milyon 214,84 min dollar dəyərində 66326,28 kubmetr(289,7 dollar) idxal olunmuşdu. Göründüyü kimi, adları qeyd olunan məhsullardan birincinin idxal qiyməti 6,8 faiz, ikinci 7,4 faiz, üçüncü 42,3 faiz, dördüncü isə 39,6 faiz bahalaşıb. İdxal qiymətindəki bahalaşmanın Azərbaycanda pərakəndə satış qiymətlərinə təsirsiz qalmadığı aydındır. Lakin idxal qiymətindəki maksimum 42,3 faizlik bahalaşmanın bazarda 100 faizə çatmasının səbəbləri mütləq aydınlaşdırılmalıdır. Eyni sözləri Azərbaycanın özündə istehsal olunan tikinti materialları barədə də söyləmək olar. Bura sementdən tutmuş, alçipana, divar boyalarına qədər çoxsaylı materiallar aiddir. Onların böyük əksəriyyəti yerli xammal əsasında istehsal olunur. Oktyabr ayının 16-na - Tarif Şurası xammal istehsalında müəyyən çəkisi olan elektrik enerjisinin qiymətini artıranadək yerli tikinti materiallarını kəskin bahalaşdıracaq ciddi bir səbəb mövcud olmadığı halda yerli materialların da 60 faizdən çox bahalaşmasının səbəbləri müvafiq dövlət qurumları tərəfindən araşdırılmalıdır.
Yeri gəlmişkən, bu ilin aprel ayından etibarən dünyada ağac materiallarının sürətli ucuzlaşması prosesi gedir. Artıq ABŞ-da keçən ildən 1800 dollara qədər bahalaşan taxta qiymətləri bu ilin yayına doğru əvvəlki həddinə 700 dollar civarına qədər ucuzlaşıb. Eyni proses Avropada da müşahidə olunmaqdadır. Rusiyalı ekspertlər ilin sonunadək bu ölkədə də eyni prosesin gedəcəyini proqnozlaşdırırlar. Bu prosesin Azərbaycanda hiss olunacağı ciddi sual altındadır...
Oxşar Xəbərlər
Diqqət! Azərbaycanda evlər bahalaşacaq
Ölkədə qiymət artımı hansı səviyyədədir? - RƏSMİ
Bazarda bahalaşma var
Son Dəqiqə: Əhaliyə bəd xəbər -
Xəbər lenti
Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu
İstirahət günü hava necə olacaq?
Rəqsanə həbs edildi
İcra hakimiyyətində 28 min manatlıq təmir -
Qalib şirkət kimindir?
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib
5 yaşayış məntəqəsində qaz kəsiləcək
Lombard Dilarə Bağırova Ədliyyə naziri Fərid Əhmədovu şantaj edir? -
İginc iddia
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
16 yaşlı oğlan evdə ölü tapıldı
“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia:
Köhnə yumurtalar yeni tarixlə satılır?
ÜST-ün baş direktoru İlham Əliyevi təbrik etdi
Bakıda psixoloq estetik əməliyyatdan sonra həyatını itirdi
Emin Əmrullayev qanunsuzluq edən direktoru niyə qoruyur?
Qaradağda binada partlayış -
Xəsarət alan var-Fotolar
Trampla Baydenin fərqi
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? -
RƏSMİ CAVAB
Əhali restoranlara nə qədər pul xərcləyib?
Müharibəyə son qoymağın vaxtı çatıb - Zelenski
Şahin Şıxlinski barəsində həbs qərarı qüvvədə qaldı
Nazir mayoru Naxçıvanda idarə rəisi təyin etdi -
FOTO
Qod Nisanov oğluna toy edir
Zəngəzur dəhlizindən necə keçəcəyik? –
Detallar AÇIQLANDI
Polis Yasamalda əməliyyat keçirdi -
Qardaşlar tutuldu
“Quba hadisələr”inin səbəbkarı olan sabiq başçıya həbs təhlükəsi-
Milyona yaxın borcu yaranıb
Bu rayona köçənlərə 5 hektar torpaq veriləcək
Unun topdansatış qiymətləri açıqlandı
Xaçmaz İcra Hakimiyyətinin eyni şirkətlə 3 milyonluq anlaşması
Beyləqanda uşaq yüksək hərarətdən öldü
Karapetyanın həbs müddəti uzadılıb
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ -
Sentyabrın 1-dən...
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
Sabiq baş həkimə hökm oxundu
Bina evində yaşayanların DİQQƏTİNƏ:
Ali Məhkəmə QƏRAR VERDİ
“Prezident İlham Əliyevlə birgə bu vəziyyəti dəyişmək istəyirik” —
Paşinyan
Yalnız 3 gün sərf edin və immunitetiniz möhkəmlənəcək
Azərbaycanda ən çox bu yaş aralığında xaricə səfər ediblər
Bakıda bu əraziyə sahib çıxan yoxdur -
VİDEO
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı -
RƏSMİ
Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi -
FOTO
Ərdoğan ondan 1 milyon təzminat istəyir
Bu şəhərlər üzrə avqustun pensiyaları ödənildi
Azərbaycanlı şairin küçədə meyiti tapıldı
Bu halda xidmət haqqına görə lift bağlana bilməz -
Ali Məhkəmə
Rusiyada azərbaycanlını öldürüb Bakıya qaçdı, saxlanıldı
44 yaşlı Xatirə pijama ilə kamera qarşısına keçdi -
FOTOLAR
"Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb" -
İTTİHAM VAR...
Generalın məhkəməsində adı keçən polkovnik vəfat etdi
Ərdoğan Bəxtiyar Paşaya yeni vəzifə verdi
Bakının 3 rayonunda qaz olmayacaq
PRİZMA
Trampla Baydenin fərqi
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
8 avqust- Rusiyanın və İranın ikiqat məğlubiyyəti
SOSİAL
1
2
3
4
5
6
İstirahət günü hava necə olacaq?
5 yaşayış məntəqəsində qaz kəsiləcək
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Əhali restoranlara nə qədər pul xərcləyib?
Beyləqanda uşaq yüksək hərarətdən öldü
Yalnız 3 gün sərf edin və immunitetiniz möhkəmlənəcək