Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Qırmızı dənizdən daşımaların azalması konteyner qiymətlərinin artmasına səbəb olub.
Belə ki, Asiyadan Şimali Avropaya gedən 40 metrlik yük konteynerinin spot qiyməti 173 faiz artımla 4 min dolları keçib.
Qiymətlərin dəyişməsinə səbəb Qəzzada baş verən hadisələrə və Qırmızı dənizdə ABŞ hərbi dəniz qüvvələri ilə husilərin arasındakı döyüşlərə görə gəmilərin daha uzun marşrutlara üstünlük verməsi olub.
Asiyadan Aralıq dənizinə yüklərin daşınması xərcləri isə 5 min 175 dollara qədər yüksəlib.
Maraqlıdır ki, Qırmızı dənizdən daşımaların Azərbaycan maşın bazarına təsiri var?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya bildirib ki, istənilən halda daşımaların xərci artdıqca sahibkar, fiziki və yaxud hüququ şəxs qiymət artımına gedir:
"Bu artımlar hər səfərə görə bölünür. Neçə maşın gətirilirsə, artımı ümumi bölgü kimi həmin maşınların üzərinə tətbiq edirlər. Məsələn, sahibkar bir dəfəyə 15-20 maşın gətirirsə, təxminən 100-200 dollar artıma gedir. Bu artım da təbiidir. Sözsüz ki, Qırmızı dənizdən daşımaların da Azərbaycan maşın bazarına təsiri ola bilər".