27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Dünya neft bazarında dalğalanmalar müşahidə olunur. Bunun səbəbi Yaxın Şərqdə müharibənin olması, Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları ilə izah olunur. Neft qiymətlərinə təsir edən digər amillər də mövcuddur.
Neft bazarında nə baş verir? Dalğalanmaların Azərbaycan neftinə təsiri necə olacaq?
Sozcu.info xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov yaxın müddətdə neft qiymətlərinin 65-85 dollar civarında olacağını bildirib:
“Dünya bazarında neftin qiymıtində çaxnaşmalar həmişə olub və olacaq. Burada iqtisadi hadisələrin, siyasi hadisələrin də təsirləri var. Bu sahədə konkret proqnoz irəli sürmək mümkün deyil. Görünən odur ki, dünya bazarlarında OPEC+ ölkələri pis yaxşı tənzimləyə bilir. Bu ölkələrin ümumi marağı ondan ibatətdir ki, neftin dünya bazarlarında qiyməti 60 dollardan aşağı düşməsin və 100 dolları da keçməsin. Çünki neftin 60 dollardan aşağı düşməsi neft gəlirlərindən asəlı olan oqtisadiyyatlarına ziyandır. Onların valyuta ehtiyyatlarını azaldır və dövlət xəzinələrinə ziyandır. Qiymət çox yuxarı olduqda isə qlobal bazarda istehlak mallarının, yanacağın qiymətinin artmasına səbəb okur. Yəni dünyada bahaçılıq olur. İnflyasiya sürətlənir. Yaxın müddətdə neftin dünya bazar qiymətlərinin geniş diapozonda desək, 65 və 85 dollar arasında olacağı proqnoz edilə bilər”.
Ekspert neftin həddindən artıq baha olmasının Azərbaycan üçün də yaxşı hal olmadığını vurğulayıb:
“Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 60 dollar götürülüb. Bu olduqca optimal rəqəmdir. İstənilən halda ölkəmiz bundan fayda götürür. Çünki dünya bazarlarında artıq uzun müddətdir ki, qiymətlər ondan yuxarıdadır. Bu da bizim dövlət və valyuta gəlirlərimizi artıqlanması ilə əldə olunması ilə nəticələnmədədir. Ona görə də bizim iqtisadiyyatda bir neçə ildir ki, sabit hökm sürür. Bir neçə ildir ki, valyuta bazarında sabitlikdir. Tədiyə balansımız müsbət səviyyədədir. Ölkəyə girən və ölkədən çıxan xarici valyuta aşağı səviyyədədir. Bu da bizə imkan yaradır ki, iqtisadiyyatda idarəetməni həyata keçirək və qeyri-neft və qeyri-qaz sektorunun inkişafı üçün müvafiq addımlar ata bilək. Neftin qiymətinin həddindən artıq baha olması bizə də ziyandır. Çünki bu istehlak məhsullarının, yanacağın bahalaşması ilə nəticələnir. Bu da inflyasiya idxalı yaradır. Neftin 80 dollar olması ölkəmiz üçün də ən uyğun olandır”.
İqtisadçı ekspert Natiq Cəfərli da söyləyib ki, dünya neft bazarında dalğalanmalar həmişə olur:
“Son bir ili götürsək, neft qiymətləri aşağı düşüb. Keçən ilin yayına yaxın neftin qiyməti 100 dollara çatmışdı. İndisə, neftin qiyməti 83-85 dollar civarındadır”.
N.Cəfərli neftin qiymətinin bahalaşmasının Azərbayacana xeyirli olduğunu bildirib:
“Neftin qiyməti qalxdıqca Azərbayacana valyuta daxilolmaları artır. Belə olan halda Azərbaycanın ehtiyyatları yüksəlir və iqtisadiyyatının dayanıqlılığı artır. Bu həm də neftdən asılələğın nə qədər yüksək olduğunu göstərir. Bu isə ümumilikdə təhlükəli vəziyyətdir. Dünyada təlatümıər, müharibələr, Qırmızı dənizdə Husilərin hücumları olduğundan neft qiymətləri artır. Sabah bu problemlər həll olunanda nə olacaq? Bu haqda illərdir danışılır. Əsas məqsəd neftdən asılılığı getdikcə azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirməkdir”.