5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
Azərbaycan “Avro-5” standartlarına cavab verən “Ai-95” avtomobil benzininin ilkin istehsalına başlayıb.
Sozcu.info xəbər verir ki, bununla bağlı məlumatı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban paylaşıb.
İ.Şaban bildirib ki, Azərbaycanda “Ai-95” benzinin istehsalına qədər isə “Avro-5” standartlarına cavab verən “Ai-93”ün istehsalı həyata keçirilir.
Xatırladaq ki, Bakı Neft Emalı Zavodunda yenidənqurma işlərininin nəticəsində “Avro-5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulmuşdu. Dizel istehsalına 2023-cü ildən, “Ai-93” benzinin istehsalına isə 2024-cü ildən başlanılıb. Bu ildən həm də “Ai-95”in istehsalı mümkün olacaq.
Bakı Neft Emalı Zavodunda təmir işləri 2016-cı ildən başlanılıb.
Gundem.az