Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
“Ölkəyə kərə yağı 9 manat 10 qəpiyə daxil olur, amma kilosu 18-25 manata satılır“.Sozcu.info xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.“Bəs ölkədə kərə yağı niyə baha qiymətə satılır?” sualına ekspert bu cür cavab verib:“Bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub, Gömrük komitəsində rəsmiləşdirilən statistik dəyəri isə 103 mln. 312 min dollar təşkil edib. Yəni, hər kq kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olub.Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir, yəni, ortalama, 20-21 manat civarındadır. Kərə yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısı 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmazdıNiyə bahadır? Çünki rəqabət yoxdur, ölkəyə yağ gətirən şirkət sayı azdır, yerli istehsal isə yox dərəcəsindədir – yerli şirkətlər adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca oynayırlar, daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar, maya dəyərini 20-30% aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır.Rəqabət olmayan yerdə qiyməti diktə etmək çox asandır, bizdə Antiinhisar qurumları topdan yox, pərakəndə satanlarla, güya, “mübarizə” aparırlar, hələ orda da vəziyyət başqadır – iri holdinglərə məxsus marketlər şəbəkələrinə dəymirlər-dəyə bilmirlər, arada gedib məhəllədə kiçik dükanı olanlara ilişirlər”./musavat.com/