17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib.
Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 2,1 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 5,5 bənd, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 4,7 bənd çoxdur.
Ötən ilin dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,8 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 1,2 bənd, illik müqayisədə isə 0,2 bənd çoxdur.