Məni haraylayan “qırmızı tablo” – müsahibə

Məni haraylayan “qırmızı tablo” – müsahibə

 

Uzun müddətdir ki, paytaxtın mərkəz hissələrinə baş çəkmirdim. Bunun bir çox səbəbləri var. Həmin səbəblərdən biri başkəndimizin mərkəzləri günbəgün inkişaf edərək özgələşməsidi. Artıq Bakının mərkəzi hissələri demək olar ki, milliliyini itirib və o, mini şəkildə Los-Anceles, Beverli Hills, Nyu-York kimi meqapolisləri xatırladır...

 

"Tarqovu” deyilən yerdə bu siyahıyaya daxildir. Bu məkanda sanki cibləri dolu ağılları boş olanlar bir-birləriylə rəqabətə girərək restoran, kafe, ticarət, əyləncə mərkəzləri və s. tikməklə məşğuldular. Nəisə...

Diqqətimi çəkən başqa bir məqam isə "Pasaj” mağazası qarşısndakı oyuncaqlar və onların çıxardığı səslər idi. Bir qədər yaxınlaşandan sonra oyuncaqlarla yanaşı rəsm əsərləri, suvenir və çanta kimi ləvazimatların da olduğunu gördüm.  Adları çəkilən əşyalar içərisində qırmızı taplo diqqətimi çəkdi. O tabloda "kitab və ofis ləvazimatları: ən ucuz qiymətə” yazılmışdı. Sanki oyuncaq və əşyalar arasında sıxılaraq nəfəsi kəsilməkdə olan qırmızı tablo məni haraylayırdı...

Mağazaya daxil olub, məni haraylayan qırmızı tablonun sahibindən müsahibə götürmək qərarına gəldim. İçəri daxil olanda Ceyhun adında gülərüz bir oğlan məni qarşıladı və müsahibə başladı...

Öncəliklə müsahibə verməyə razılıq bildirdiyinizə görə təşəkkür edirəm.

Mən təşəkkür edirəm ki, bizim kitab dükanı haqqında müsahibə götürmək istəyi və diqqətinizə görə...

Ceyhun bəy zəhmət olmasa özünüz haqqında qısa məlumat verərdiniz.

1993-cü ildə anadan olmuşam, 2011-ci ildə orta məktəbi bitirərək, İncəsənət Universitetinin "Kinoşünaslıq” ixtisasına qəbul olmuş, 2015-ci ildə həmin Universiteti bitirmişəm. Daha sonra çalışmışam ki, ixtisasıma uyğun olaraq məqalələrlə inkişaf edim, bir neçə yazılarım müxtəlif satlarda dərc olunub. Amma daha böyük uğurlara hələki nail ola bilməmişəm.

Deməli təmamilə başqa peşə sahibisiniz?

Bəli

Bəs sizin kimi kifayət qədər savada malik gənc niyə öz ixtisası üzrə çalışmır?

Bunun müxtəlif səbəbləri var. Onların içərisindəki səbəblərdən biri bu peşə sahiblərinin özlərinə, peşəsinə qarşı laqeydliyi, digər səbəb isə bu peşənin bəzi yaşlı, orta nəslinin gənc kinoşunaslara şərait yaradıb önə çəkməmələridi. Lakin bütün bunlara baxmayaraq mən daim öz ixtisas biliyimi zənginləşdirir, gələcəkdə bu sahədə fəaliyyət göstərəcəyimə inanıram.

Bu gün "Pasaj” kitab mağazasında satıcı işləyən Ceyhun Mirzəyev gələcəkdə Azərbaycan kino sahəsində yeni nəfəs verə biləcək ssenarilər yazaraq parlamağı düşünürmü?

Ssenarilərlə bağlı ümmumiyyətlə bizim kino sahəsində ciddi problemlər var, ssenarilərdə çalışmaq lazımdır ki, orijinal mövzuları seçə biləsən. Əlbətdə mənim düşüncələrimdə də müxtəlif mövzular üzrə ssenarilər var, amma bunları bir qədər uzaq gələcəyə saxlamışam.

Kitab mağazası sizin şəxsidi yoxsa işçisiniz?

Xeyr, mən işçiyəm.

Yəgin ki, kitab mağazasında çalışmağınız yalnız iqtisadi zərurətlə kifayətlənmir, digər səbəbi də var?

Bəli. Mən ümumilikdə tələbəlik illərimdə çox kitablar almışam. Boş vaxtlarımı daha çox mütaliyədə keçirdiyimdən sonralar kitab işindən az-çox baş çıxarmama səbəb oldu. Bir növ bu işi hobbi kimidə sevirəm.

Bəs müdiriniz kimdi? Onun haqqında qısa məlumat verərdiniz...

Mənim müdirim kifayət qədər kitab işiylə məşğul olan şəxsdir. İlkin İbişov kitabçılar onu yaxşı tanıyırm.

Oxucularınız necə çoxdurmu?

Son zamanlar oxucularımızın sayı azalsa da, amma ən azından mağazamızla gəlib maraqlananlar var.

Oxucularınız içərisində xanımlar çoxluq təşkil edir yoxsa cənablar?

Təbii ki, xanım müştərilər çoxluq təşkil edir.

Mağazaya təşrif buyuran oxucular ən çox hansı yazıçıların kitablarına üstünlük verir?

Azərbaycan ədəbiyyatında son illər yayğın dedektiv müəllifi olan Elxan Elatlı, sonra Varis; xarici ədəbiyyatdan isə Sara Jio, Mark Levi, L.Tolstoy kimi müəlliflərin kitablarına üstünlük verirlər.

Onlar adlarını açıqladığınız xarici müəlliflərin kitablarını hansı dildə oxumağa üstünlük verirlər? Çünki bizdə həmin müəlliflərdən Sara Jionun elə əsərləri var ki, bizim dildə ya hədsiz dərəcədə bərbat tərcümə olunub, ya da ümumiyyətlər tərcümə olunmayıb.

Əsasən türk, bəzən isə rus dilində üstünlük verirlər

Bəs siz özünüz oxuculara hər hansı kitablar tövsiyə edirsinizmi?

Bizlərdən klassiklərimiz Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadəni, siyasi yazarlarımızdan M.Ə.Rəsulzadə ilə Ə.Ağaoğlunu, xaricilərdən isə Dostayevski, Tolstoy və digərlərini...

Kompüter, internet erasının inkişafı nəticəsində meydana çıxan elektron kitablar, müştərilərinizin azalmasına təsir edirmi?

İstər-istəməz bütün kitab mağazalarına təsir etdiyi kimi bizə də təsir göstərir. Lakin nə qədər inkişaf olsa da elektorn kitablar həqiqi kitabların yerini vermir

Fikir verdim, rus dilində kitablarınız həddindən çoxdur. Onları oxuyanlar azdı ki, bir qədər arxalara yerləşdirmisiniz?

Bugünki reallıq budur ki, rus dilli oxucular hədsiz dərəcədə azdı.

Hətta rus dilində olan "Hərb və Sülh”; "Anna Karenina”; "İdiot”; "Cinayət və cəza”; "Sakit Don”; "Master və Marqarita” kimi şedevr əsərləri belə yada salan yoxdur?

Adlarını qeyd etdiyiniz kitabları daha çox Azərbaycan dilində axtarırlar

Bu həqiqətən təsüfedici haldır, ümidvaram ki, mənimlə razılaşarsınız?

Təmamilə haqlısınız. Hətta biz rusca kitabları digər kitablarla müqayisədə daha ucuz – 1-2 manata, hətta bəzən kompaniyalar keçirərək 50 qəpikdən də satırıq.

Bəs digər kitablarda qiymətlər necədi? Təzə kitablara da güzəştlər edirsinizmi?

Bəli ən təzə kitabları belə etiket qiymətindən 50 qəpik -1 manat ucuzuna satırıq. Eləcə də digər kitablarıda münasib qiymətə satırıq.

Hədsiz dərəcədə çürükçülük edərək, kitab mağazası ilə ərzaq yarmarkasını səhv salan müştəriləriniz çoxmu olur?

Təəsüf ki, bugünün reallıqlarından birisidi. Olurlar, amma çalışıq o müştəriləridə yola salaq

Özünüz necə boş vaxtlarınızda mütaliyə edirsinizmi?

Təbii ki. Çalışdığım qədər çox vaxt ayırmağa çalışıram.

Son oxuduğunuz kitab?

Öz ixtisasımla bağlı kitab olan türk dilində "Film eleşdirisi”

Bəs müdiriniz İlkin bəy mütaliyə etməyi sevirmi, yoxsa yalnız tacirliklə kifayətlənir?

Vaxtı ilə çox oxuyub, son zamanlar isə vaxtı qıt olduğundan mütaliyəyə vaxt ayıra bilmir. Amma ümumi götürəndə kitablar haqqında məlumatlı insandı

"Pasaj” mağazasında sizdən başqa qeyri-kitab ticarətiylə məşğul olan yoldaşlarda var. Onlarla münasibətiniz necədi? Yəni aranızda mübahisə, münaqişə kimi hallar baş verir?

(gülür) Münaqişələr hər yerdə olur biz insanıq, amma çalışırıq ki, münasibətlərimiz həmişə yaxşı olsun

Deyəsən bu məkanda ən gənc sizsiniz?

Yaxın vaxtlara kimi mən idim. Artıq məndən daha gənc işçi var

İş yoldaşlarınızı necə mütaliyəyə səsləyirsinizmi?

Çalışdığım qədər (gülür)

Ömrünüzün sonuna kimi kitablar arasında keçirməyi düşünürsünüz yoxsa başqa alternativlərdə planlaşdırırsınız?

Çalışıram başqa alternativlər olsun, insan maksimum dərəcədə özünü inkişaf etdirməlidi.

Bəs ola bilərmi ki, siz gələcəkdə elə alternativ iş tapasınız ki, burakı işinizidə saxlamaq çərçivəsində olsun?

Təbii çalışmaq lazımdır ki, mümükün olsun. Mən zatən ona çalışıram.

Müsahibəyə vaxt ayırdığınız üçün sizə dərin minnətdarlığımı bildirir, gələcək karyera və arzularınızda uğurlar arzu edirəm

Çox sağolun, mən də sizə və sizin Sözçü qəzetinin kollektivinə uğurlar arzu edirəm.

 

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti