Qızılı olanlara ŞAD XƏBƏR - Qiymətlər rekord vurdu


ABŞ dollarının zəifləməsi Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilər və davam edən geosiyasi gərginliklər fonunda qiymətli metallar rekord səviyyələrə yüksəlib.

Sozcu.info xəbər verir ki, geosiyasi risklərin artması və dollar indeksinin zəifləməsi qızıl, gümüş və platinə təhlükəsiz sığınacaq kimi tələbatı gücləndirib. Nəticədə bazarlarda tarixi yüksəlişlər qeydə alınıb.

Spot qızıl tarixi maksimuma yüksələrək 4967 dollara çatıb. Hazırda qızılın bir unsiyası 0,8 faiz artımla 4956 dollardan ticarət olunur. Qram qızıl səhər saatlarında rekord səviyyə olan 160 dollara yüksəlib, hazırda isə 159 dollar səviyyəsindədir. 

Digər qiymətli metallar da yüksəliş trendini davam etdirir. Spot gümüş 97,44 dollara, platin isə rekord səviyyə olan 2684 dollara yüksəlib.

Qiymət dəyişikliklərinə geosiyasi proseslər də təsir göstərir. ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı NATO ilə razılıq əldə olunduğunu açıqlayıb. O bildirib ki, Danimarkanın suveren hüquqları pozulmadan ABŞ-ın adaya tam giriş imkanı ilə bağlı razılaşma əldə edilib. Tramp Arktik Okeanında Rusiya və Çin təhdidlərini əsas gətirərək Qrenlandiyanın ABŞ-a birləşdirilməsini tələb edir. Bu mövqe Danimarka və digər Avropa İttifaqı ölkələri tərəfindən qəti şəkildə rədd edilib.

Bununla yanaşı, FED-in pul siyasəti ilə bağlı gözləntilər də bazarlara təsir göstərir. Bazarlar 2026-cı ildə faiz dərəcələrinin endiriləcəyini qiymətləndirsə də, ekspertlər yanvar iclasında FED-in faizləri dəyişməz saxlayacağını proqnozlaşdırırlar.



Oxşar Xəbərlər

Xəbər lenti