Neftin qiyməti belə oldu- SON RƏQƏMLƏR


Dünya birjalarında neft qiymətləri yüksək həddə qalmaqda davam edir.

Sozcu.info xəbər verir ki, qlobal bazarlarda müşahidə olunan geosiyasi qeyri-müəyyənlik və tədarük zəncirindəki risklər qiymətlərin dinamikasına birbaşa təsir göstərir. Hazırda Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 110,14 ABŞ dolları səviyyəsində ticarət olunur. Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin qiyməti isə 103,24 dollar təşkil edir. Analitiklər bildirirlər ki, İranın danışıqlar təklifi fonunda cüzi korreksiya olsa da, Hürmüz boğazındakı vəziyyət qiymətləri yuxarıda saxlayan əsas amildir.

Azərbaycanın "Azeri Light" markalı nefti də dünya bazarındakı trendlərə uyğun olaraq öz bahalı mövqeyini qoruyur. Son rəsmi göstəricilərə əsasən, "Azeri Light" markalı neftin bir barelinin qiyməti cüzi (0,05%) azalaraq 122,26 ABŞ dolları olub. Türkiyənin Ceyhan limanında isə Azərbaycan nefti (FOB bazasında) 118,98 dollar səviyyəsində qərarlaşıb. Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir bareli üçün nəzərdə tutulan orta qiymət 65 ABŞ dollarıdır. Mövcud bazar qiymətləri büdcə proqnozundan təxminən iki dəfə yüksəkdir ki, bu da ölkənin valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərir.


Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti