Mülki azərbaycanlıların öldürülməsi ilə bağlı sənədlər elan olundu
Bakıda bu şəxslər saxlanıldılar -
VİDEO
Dövlət məktəbləri üçün avtobuslar ayrılacaq? –
Nazirdən AÇIQLAMA
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... -
FOTO
Keçmiş müdafiə naziri həbs edildi
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
Bakı Şəhər DYP İdarəsinin yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏTİ
Bu məzunların diplomu niyə tanınmır? -
Ekspert
Problemli kreditlər sürətlə artır:
nə baş verir?
Ətin qiyməti buna görə artır -
AÇIQLAMA
“Onlar oxucuya, izləyiciyə nümunə ola bilməz!” –
ŞOK AÇIQLAMA
Sahil Babayev TƏBİB və İTS-də nələrin izinə düşüb? - İlginc detallar
Əvvəlki
Sonrakı
Polşada HƏYƏCAN: Müdafiə qüvvələri təcili SƏFƏRBƏR EDİLDİ
10-09-2025, 10:22
Trampın planı dərc edildi
18-08-2025, 13:24
KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır
4-08-2025, 08:32
Ərdoğan İraqın baş naziri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib
13-07-2025, 14:49
NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR –
Biabırçı olay + FOTO
4-07-2025, 23:20
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
NİKOL PAŞİNYANIN SON ADDIMI
:eyni gündə və eyni vaxtda İrəvanda 2 "küçə döyüşü" olacaq
Vladimir Solovyov
“Kommersant”, 01.03.2021
Ermənistan müxalifəti əmindir ki, baş nazir Nikol Paşinyan məğlub olub və istefası qanuni olaraq rəsmiləşdirilməli, daha sonra hakimiyyətin həm hərəkətləri, həm də hərəkətsizliyi araşdırmalıdır. Ancaq hökumət başçısı fərqli düşünür. Ən sevdiyi küçə döyüşü taktikasından istifadə edərək o, kürsüsünü xilas etməyə çalışır. Əvvəllər bu ona hakimiyyəti ələ keçirməyə kömək edib, indi xalqın dəstəyini nümayiş etdirərək hakimiyyəti əlində saxlamağı ümidlidir. Martın 1-də baş nazirin hələ də bu mənbəyə sahib olub-olmadığı bəlli olacaq.
Keçmişlə gələcək arasında
İrəvan martın 1-də mitinqlэrə şahid olacaq. Müxtəlif səbəblə paytaxtda 3 aksiya keçiriləcək. Ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın partiyası - "Erməni Milli Konqresi" 1 mart 2008-ci il tarixində ölənlərin xatirəsinə tərəfdarlarını küçəyə çıxaracaq. O vaxt Ter-Petrosyanın qatıldığı və Serj Sarkisyana məğlub olduğu prezident seçkilərindən sonra etirazlar, daha sonra 10 nəfərin öldüyü iğtişaşlar başlayıb.
Baş nazir Nikol Paşinyanın istefası naminə yürüş və mitinqi "Vətənin Qurtuluşu Hərəkatı"nda birləşən 17 müxalifət partiyası keçirəcək. Ancaq hökumət başçısı hadisələri kənardan izləmək niyyətində deyil. O, insanları ölkədəki vəziyyətlə bağlı "ciddi söhbət" üçün Respublika Meydanına gəlməyə çağırıb.
Nikol Paşinyanın Ermənistanın baş naziri olaraq nə qədər təsirli və yaxşı olduğu barədə mübahisə etmək olar. Ancaq bir şey dəqiqdir – küçə siyasətində güclüdür. 2018-ci ilin yazında o, rəqabətdən kənarda qalıb: onun çağırışı ilə İrəvanın küçə və meydanları dəfələrlə siyasətçinin hər sözünü həvəslə dinləyən və itaətkarlıqla onun ardınca gedən insanlarla ağzına qədər dolub.
3 il əvvəl, may ayında on minlərlə etirazçı o vaxt cənab Paşinyanın tərəfdarlarının yalnız doqquzunun oturduğu parlamenti müxalifət liderini baş nazir kimi təsdiqləməyə məcbur edib. Bundan sonra Paşinyan özünü xalqın baş naziri elan edib və o zamandan bəri davamlı olaraq bunu təkrarlayıb, müntəzəm olaraq "küçə"dən öz maraqları naminə faydalanıb. “Küçə”nin köməyi ilə adamının İrəvan bələdiyyə başçısı seçilməsinə və daha sonra "Mənim addımım" bloku tərəfindən asanlıqla qazanılan erkən parlament seçkilərinə nail olib.
İndi, Qarabağ uğrunda uduzulan müharibədən sonra populyarlığı çökən Nikol Paşinyan "küçə"nin hakimiyyətini və siyasətdəki ömrünü uzatacağına ümid edir. Bu, baş nazirin müxaliflərin kütlə ilə ona təzyiq göstərə bilməməsi şəraitində işinə yaraya bilər. Müxalifətin mitinqləri hələ də kiçikdir və buna görə də, hakimiyyət üçün heç bir təhlükə yaratmır.
Hamıya qarşı
1 mart axşamı Nikol Paşinyan hərbi çevrilişə cəhd barədə danışacağına söz verib. Ermənistan Baş Qərargahının yüksək rütbəli zabitlərinin baş nazirin istefası ilə bağlı son tələbini o belə adlandırıb.
Hərbçilərin bu açıqlaması cənab Paşinyanla ölkə prezidenti Armen Sarkisyan arasında qarşıdurmaya səbəb olub. Prezident Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə vəsatəti təsdiqləməkdən imtina edib və sənədi hökumətə qaytarıb. Baş nazir yenidən hərbi qulluqçunu qovmağa çalışsa, Konstitusiya Məhkəməsi ixtilaflı qərarla məşğul olacaq.
Hələlik isə Nikol Paşinyan meydanda qərarın niyə “əsassız, heç bir qanuni əsası olmadığı” barədə danışacaq. Mitinqin mövzusu ilə bağlı cənab Paşinyan bildirib: "Bu, nəticələrinə əsaslanılacaq çox əhəmiyyətli bir söhbət olacaq".
“Mənim addımım” fraksiyasından olan millət vəkili Vahan Hovakimyan bu nəticələrin nədən ibarət ola biləcəyini artıq açıqlayıb. Fevralın 28-də o, “Facebook”-da yazdı:" Prezidentin səlahiyyətlərini aşmasına şahid oluruq".
Millət vəkili əlavə edib ki, Konstitusiyanın 141-ci maddəsinə əsasən, impiçment proseduruna başlamaq üçün açıq əsaslar var. Həmin maddədə deyilir ki, dövlətə xəyanət, digər ağır cinayət və ya Konstitusiyanın kobud şəkildə pozulmasına görə prezident vəzifəsindən kənarlaşdırıla bilər.
Doğrudur, “Mənim addımım” fraksiyasının səsləri prezidentin istefası üçün yetərli deyil, fraksiya 83 millət vəkilindən ibarətdir və impiçment üçün 132 millət vəkilindən üçdə ikisinin və ya 88-nin dəstəyi olmalıdır.
Müxalif “Çiçəklənən Ermənistan”dan olan millət vəkili Arman Abovyan "Kommersant"a bildirib: "Mənim addımım” qəsdən vəziyyəti mürəkkəbləşdirir". O, hökumətin sonda impiçment təhlükəsini həyata keçirə bilməyəcəyinə inanır. Abovyan əmindir ki, Nikol Paşinyan "psixoloji cəhətdən onsuz da məğlub olub və yalnız gedişini qanuni olaraq təmin etmək qalır". Müxalifətçi artıq gələcək üçün planlar hazırlayır: “Ən azından, parlament səviyyəsində biabırçı təslimdən əvvəl baş verən hadisələrin bütün təfərrüatlarını araşdıracaq bir komissiya yaradılacaq. Parlament platforması bunun üçün olduqca uyğundur. Cavablarının olmadığı bir çox sual var, amma cavablar alınmalıdır".
Daşnaksütyun Partiyasından olan siyasətçi Geğam Manukyan da istintaqın aparılacağını proqnozlaşdırır. “Baş nazirin fəaliyyəti ilə bağlı istintaq aparılacaq və bu qanuni bir proses olacaq. Paşinyanın etdikləri heç vaxt təkrarlanmamalıdır. O, mitinqdə ilk olaraq Köçəryana (Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı cinayət işi Nikol Paşinyan hakimiyyətə gəldikdən bir müddət sonra açılıb – “Kommersant”) dair hökmü elan edib və yalnız bundan sonra istintaq başlayıb. Bu səhvi təkrarlamamalıyıq”, – deyə cənab Manukyan“ Kommersant ”a verdiyi müsahibəsində perspektivləri açıqlayıb.
O əmindir ki, müxalifət tezliklə ölkədə hərbi vəziyyətin ləğv olunmasına nail olacaq - qüvvədə olduğu müddətdə məsələni parlamentdə baş nazirlə həll etmək mümkün deyil, - sonra da Nikol Paşinyana etimadsızlıq göstərəcək.
Təhlükəli yaxınlıq
Politoloq Qrant Mikaelyan hesab edir ki, Nikol Paşinyanın vəzifəsini saxlama ehtimalı kiçikdir: “O, sosial parçalanma yaratmağa və toplaya biləcəyi cəmiyyət hissəsinə etibar etməyə çalışır. Bu, xüsusən, inzibati komponenti çıxarsanız, cüzi bir hissədir. Ancaq kimisə bir araya yığmağı bacarır. Buna baxmayaraq, baş nazirin kürsüsündə oturacağını təsəvvür etmək çətindir. Vəziyyətdən qalib çıxmaq üçün diktatura, müxalifətə qarşı repressiya lazımdır. Ancaq ordunun əleyhdar olduğu şəxs diktator ola bilməz. İndi sual dialektikdir: ya həll yolunun bir, ya da problemin bir hissəsiniz. Paşinyan problemin bir hissəsidir və o, getmədən böhran həll edilə bilməz".
Lakin Nikol Paşinyan getsə belə, ekspert deyir, siyasi qüvvəsi "hakimiyyətdən yapışmağa davam edəcək".
Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskandaryan danışıqlar prosesinin qapalı şəkildə başladığına və növbədənkənar parlament seçkiləri keçirilməsinin müxtəlif variantlarının müzakirə olunduğuna əmindir. “Siyasi problemi birtəhər həll edə bilərlər. Ancaq bir çox nüans və incəlik var: seçkiləri kim və necə təşkil edəcək?”
Ölkənin ilk baş naziri Vazgen Manukyanın rəhbərlik etdiyi "müvəqqəti hökumət"in ölkədəki hakimiyyəti ələ keçirməsini tələb edən müxalifət Nikol Paşinyana sadiq insanları seçki prosesindən çıxarmağa ümid edir.
Bununla bərabər, Aleksandr İskandaryan hesab edir ki, Paşinyanın siyasi ömrü üçün bütün imkanları tükənməyib. Mütəxəssis erkən seçkilər olduğu təqdirdə, siyasətçinin hətta hakimiyyətə qayıda biləcəyini istisna etmir.
“Səslərin 30 faizini qazanaraq (hakim“ Mənim addımım”a dəstək səviyyəsi bu qədərdir – “Kommersant”) parlamentdə çoxluq təşkil edə bilər, bu istisna deyil. İştirak az olacaq və böyük ehtimalla "Mənim addımım" 30% deyil, daha çox səs qazanacaq. Laqeyd və vəziyyətdən çıxış yolu görməyən insanlar seçkilərdə iştirak etməyəcəklər. Paşinyan seçiciləri səfərbər ediləcək. İnzibati mənbədən və mediadan da istifadə olunacaq. Müxalifətə verilən səslər parçalanarsa, bu halda, çox güman ki, Paşinyan çoxluq qazanacaq və bürokratik legitimliyini təsdiq edə biləcək”, – deyə İskandaryan ssenarilərdən birini təsvir edir.
Ancaq daha inamla fərziyyələr irəli sürmək üçün 1 martda nə olacağını gözləmək qalır. Müxalifətin və hakimiyyətin mitinqləri təkcə eyni şəhərdə deyil, həm də təxminən eyni vaxtında olacaq: ilk mitinq Moskva vaxtı ilə 17:00-da, ikincisi isə 17:30-da başlayacaq. Sıxlıq sürprizlər doğura bilər.
Tərcümə:
Strateq.az
Oxşar Xəbərlər
Qarabağda 12 320 erməni hərbçisi öldürülüb -
Sabah Ermənistanda böyük mitinq keçiriləcək –
“İLHAM ƏLİYEV HAQLIDIR...”
Ermənistan müxalifəti
Xəbər lenti
Mülki azərbaycanlıların öldürülməsi ilə bağlı sənədlər elan olundu
Bakıda bu şəxslər saxlanıldılar -
VİDEO
Dövlət məktəbləri üçün avtobuslar ayrılacaq? –
Nazirdən AÇIQLAMA
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... -
FOTO
Keçmiş müdafiə naziri həbs edildi
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
Bakı Şəhər DYP İdarəsinin yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına MÜRACİƏTİ
Bu məzunların diplomu niyə tanınmır? -
Ekspert
Problemli kreditlər sürətlə artır:
nə baş verir?
Ətin qiyməti buna görə artır -
AÇIQLAMA
“Onlar oxucuya, izləyiciyə nümunə ola bilməz!” –
ŞOK AÇIQLAMA
Sahil Babayev TƏBİB və İTS-də nələrin izinə düşüb? - İlginc detallar
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı
İlham Əliyev: Qlobal Liderlik və Beynəlxalq Nüfuz- Yengibar Əliyev yazır
Nazir Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşüb
Sentyabrın müavinət və təqaüdləri bu tarixdə ödəniləcək
“Sovet stajı” olanların pensiyaları artacaq
Paytaxta külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb.
“Quran”ı yandırması ilə gündəm olan Elxan Nəbiyev vəfat etdi
Günün ikinci yarısı hava dəyişəcək -
Əhaliyə xəbərdarlıq
Mingəçevirdə yeniyetmə küçədə bıçaqlandı - Şübhəli məktəb yoldaşıdır
Polşada HƏYƏCAN: Müdafiə qüvvələri təcili SƏFƏRBƏR EDİLDİ
Nazir Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşüb
Biləsuvar Rayon İcra Hakimiyyətinin yarım milyonluq tenderinə “stop” qoyuldu
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər
Ceyhun Bayramov Aİ-nin yeni səfirini qəbul etdi
“Sərvət İnşaat”ın 1.5 milyon manat vergi borcu üzə çıxdı -
Sahibi görün kim imiş
“Ricon” MMC aylardır işçilərin maaşını vermir
“Elçin Babayev BDU-nu dədə mülkü kimi idarə edir”
Saatlıda çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanılıb
Zəngəzur dəhlizi yaxın gələcəkdə... -
İlham Əliyev
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? –
Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Ramiz Mehdiyev icra başçısının ona hədiyyə etdiyi villanı da satışa çıxarıb
DİN BNMİ əməliyyat keçirib 60 kq narkotik vasitə aşkarlanıb
Prezident forum iştirakçılarına müraciət ünvanladı
“3 ildir nəvəmi görə bilmirəm” -
Aqil M.Quliyev
Neft bahalaşmaqda davam edir
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Buzovnada insanlara satılan dönər at ətindən imiş:
"FQ Foodex" MMC İFŞA EDİLDİ
Tokayev: "Gözləyirik"
8 ayda 36,2 min nəfərə əlillik təyin olunub
151 nəfər Xocalı və Ağdərəyə qayıtdı
Səbail rayonunda heroin satan narkokuryer saxlanılıb
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin -
SİYAHI
Bakıda mikroavtobus qəzaya uğradı -
yaralılar var
Alim Qasımovdan 5 milyonluq villa barədə -
AÇIQLAMA
Bəzi rayonlarda leysan olub
Xətai rayonunda avtoxuliqanlıq və narkotik maddələr qəbul edən sürücülər həbs olunublar
Bakıda reklam şirkətindən oğurluq oldu
Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... -
Abovyan
PRİZMA
İlham Əliyev: Qlobal Liderlik və Beynəlxalq Nüfuz- Yengibar Əliyev yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
8 avqust- Rusiyanın və İranın ikiqat məğlubiyyəti
SOSİAL
1
2
3
4
5
6
Sentyabrın müavinət və təqaüdləri bu tarixdə ödəniləcək
“Sovet stajı” olanların pensiyaları artacaq
“Quran”ı yandırması ilə gündəm olan Elxan Nəbiyev vəfat etdi
Günün ikinci yarısı hava dəyişəcək -
Əhaliyə xəbərdarlıq
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ