"Qarabağda gərginliyin yaranması Ermənistana lazım deyil" - Rusiya XİN başçısının müavini

“Rusiya Ermənistandakı proseslərə müdaxilə etmir, tərəflərdən heç birini dəstəkləmir və baş verənləri ölkənin daxili işi sayır”.
Sozcu.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Rusiya vəziyyətin tezliklə normallaşmasını istəyirik. Bunun hamıya, o cümlədən Dağlıq Qarabağ ətrafında tənzimlənməyə səmərəsi olacaq” - A.Rudenko jurnalistlərə müsahibəsində deyib.
“Ermənistandakı daxili böhran Qarabağda yeni gərginliyə səbəb ola bilərmi” sualına cavabında nazir müavini deyib: “Biz ümid edirik ki, vəziyyət o səviyyəyə çatmayacaq. Bu heç kimə, ilk növbədə Ermənistan lazım deyil. Biz vəziyyətə belə neqativ yöndən baxmırıq”.
Onun sözlərinə görə, Rusiya Ermənistan tərəfi ilə səfirlik və başqa kanallar vasitəsi ilə daim təmas saxlayır.


Oxşar Xəbərlər

Xəbər lenti