Bayden Putini Rusiyanın Çindən asılılığı haqda düşünməyə çağırdı

ABŞ prezidenti Co Bayden 2021-ci il 16 iyunda prezident Putinlə keçirdiyi görüşdən sonra Rusiyalı həmkarını Moskvanın Pekindən asılılığını artırmağın lazım olub-olmadığı barədə düşünməyə dəvət edib. Bu barədə ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland Bratislavada keçirilən “Globsec 2021” forumunda bildirib. Nulandın dediyinə görə, Bayden ardıcıl olaraq yeni regionlara yayılan Çin ekspanisiyasından narahatdır. Prezident Co Baydenlə birgə V.Nuland, Dövlət Katibi Entoni Blinken, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan, Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan da ABŞ-Rusiya sammitində iştirak etmişdi.
Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA


Oxşar Xəbərlər

Xəbər lenti