Tbilisidə Mahatma Qandinin yeni ucaldılan heykəlinə zərər yetirilib

Gürcüstanın paytaxtı Tbilisidə Hindistanın siyasi və ictimai lideri Mahatma Qandinin heykəlinə qarşı vandalizm aktı törədilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şəhər meri Kaxa Kaladze məlumat verib.
“Təəssüflər olsun ki, abidəyə zərər yetirilib. Heykəldən eynək oğurlanıb. Bununla bağlı nə deyəcəyimi bilmirəm”, - o söyləyib.
Qeyd edək ki, M.Qandinin heykəli Tbilisinin Varketili rayonunda iyulun 10-da açılıb. Abidəni Hindistan Gürcüstana M.Qandinin anadan olmasının 150-ci ildönümü münasibətilə hədiyyə edib. Açılış mərasimində Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və onun gürcü həmkarı David Zalkaliani də iştirak edib.


Oxşar Xəbərlər

Xəbər lenti