11 nazirliyin əməkdaşları korrupsiyada ittiham olunur

Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı yeni əməliyyat keçirilib.
Yenisabah.az “Russia Today”a istinadla xəbər verir ki, krallığın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi (NAZA) 11 nazirliyin 207 əməkdaşının həbs edildiyini açıqlayıb.
Daha 461 nəfərin də hazırda korrupsiyaya ittihamı ilə dindirildiyi elan olunub.
Açıqlamada deyilir ki, saxlanılan şəxslər rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluqda ittiham olunurlar.
NAZA istintaqın tezliklə başa çatacağını bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti